İnsan təbiəti məhv etməklə, öz sağlamlığını da məhv edir - ÜST
24.05.2021 14:41

Urbanizasiya, torpaqdan səmərəsiz istifadə, qlobal ticarət və sənayeləşmə təbiətə və biomüxtəlifliyə mənfi təsir göstərir. Təbii resursların tükədilməsi isə, öz növbəsində, insanların səhhətində də əksini tapır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun ekspertləri bu əlaqənin öyrənilməsi ilə məşğuldurlar.

 

Hər il mayın 22-də qeyd olunan Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar təşkilat təbiət, biomüxtəliflik və sağlamlıq məsələlərinə həsr edilmiş ilk məruzəni dərc edib. Məruzə ÜST-ün Britaniyadakı Ekseter Universitetinin bazasında yerləşən Ətraf mühit və sağlamlıq üzrə əməkdaşlıq mərkəzi ilə birgə hazırlanıb.

 

BMT-nin rəsmi saytı xəbər verir ki, məruzədə şəhərlərdə havanın keyfiyyəti, şirin su sistemlərinin, sahilyanı zonaların, dənizlərin, okeanların və torpaqların vəziyyəti, kənd təsərrüfatının idarə edilməsi metodları, ərzaq təhlükəsizliyi və qida rejimi, infeksion xəstəliklər, o cümlədən insanın və vəhşi təbiətin qarşılıqlı fəaliyyəti nəticəsində əmələ gələn xəstəliklər, mikrob müxtəlifliyi kimi məsələlərə nəzər salınır.

 

Məsələn, ÜST ekspertləri xəbər verirlər ki, dünyada 16 milyon insanın təmiz içməli sudan istifadə etmək imkanı yoxdur, Avropa regionunda yoluxucu xəstəliklərə tutulmaların 20 faizi isə məhz təmiz su və adekvat sanitar-gigiyena şəraitinin olmaması səbəbindən baş verir.

 

Məruzə, ilk növbədə, səhiyyə və ətraf mühitin mühafizəsi sahəsində siyasətin işlənib hazırlanmasına cavabdeh olanlar üçün nəzərdə tutulub. Məruzənin müəllifləri hakimiyyət orqanlarını insan fəaliyyətinin təbiətə mənfi təsiri problemlərinə yerli və milli səviyyədə diqqət yetirməyə və təbiətin müdafiəsinə yönələn tədbirlərin görülməsinə çağırırlar.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub