ARDS hallarında mexaniki ventilyasiya nədir? - KONFRANS
20.05.2021 21:10
Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi, reanimatoloq Tural Sadıqov 17-19 may 2021-ci il tarixlərində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Uptodate in Medicine”nin birgə təşkilatçılığı ilə keçirilən “Tənəffüsə dəstək strategiyaları və ventilyasiya” üzrə onlayn təlimdə “ARDS hallarında mexaniki ventilyasiya” mövzusunda çıxış edib.
 
Aztibb.az-ın xəbərinə görə, Tural Sadıqov çıxışında konfrans iştirakçılarına bildirib ki, ARDS – kəskin respirator distress sindromu hər iki ağciyərdə nonkardiak diffuz infiltrasiya ilə xarakterizə olunan, oksigen müalicəsinə cavab verməyən kəskin tənəffüs çatışmazlığıdır. İstər pulmonar, istər ekstrapulmonar səbəblərdən yaranmasından asılı olmayaraq, ARDS zamanı ağciyərlərdə baş verən patofiziolojik dəyişikliklər fərqlənmir.
 
Ağciyərlərdə zədələnmənin başlamasından 24-72 saat ərzində eksudativ faza, daha sonrakı 7-10-cu günlərdə isə fibroproliferativ faza inkişaf edir. Eksudativ faza, pulmonar-vaskulyar təzyiqin normal olmasına baxmayaraq, alveol-kapilyar membranın tamlığının pozulması nəticəsində proteinlə zəngin mayelərin, hüceyrələrin, koaqulyasiya faktorlarının, iltihab mediatorlarının interstisiuma və alveolyar sahəyə dolması ilə xarakterizə olunur.
 
Ağciyərlərdə ekstravaskulyar mayenin artması kompliansın düşməsinə və nəticədə tənəffüs işinin artmasına səbəb olur. Ventilyasiya olunmayan ağciyər hissələrinin perfuziyasının davam etməsi səbəbi ilə oksigen müalicəsinə baxmayaraq hipoksemiya aradan qalxmır. Bu zaman ağciyər rentgenində bilateral infiltrasiya, KT-də alveol içində homogen olmayan görüntü yaranır.
 
Daha sonrakı günlərdə Tip 1 və Tip 2 pnevmositlərin ölümü və apaptozu nəticəsində alveolların tamlığı və surfaktant sintezi pozulur, hiyalin membran formasiyası inkişaf edir. Proliferativ fazada anormal kollagen toxuma artır. Ödemin yerinə fibrozun yaranması ağciyər mexanikasını pozur və bronxospazma səbəb olur. Ölü boşluq artır (>70-80%), dəqiqə ventilyasiyası artır (>15L/dəq) və pulmonar hipertenziya inkişaf edir. Ağciyər rentgenində buzlu şüşə görüntüsü yaradan bu fazadan sonra sağalma, xəstəliyin şiddətinə görə aylar çəkə bilir.
 
ARDS əsasən reanimasiya şöbəsində mexaniki ventilyasiya ilə müalicə olunur. Non-invaziv ventilyasiyanın rolu, xəstəliyin çox erkən dönəmində və ya atipik pnevmoniya, ağciyər kontuziyası və ya böyük cərrahi əməliyyat keçirmiş xəstələr kimi ARDS inkişaf etmə riski yüksək olan şəxslərdə tənəffüs çatışmazlığının ağırlaşmasının qarşısını almaq üçün istifadə ilə məhdudlaşır. Altda yatan səbəbin müalicəsi önəmlidir. Uyğun antibiotik müalicəsi mikrob əkilmələrinin cavabına əsasən və ya infeksiyadan şüphələndikdə başlanmalıdır.
 
Uzun müddətli reanimasiya və mexaniki ventilyasiya ilə əlaqəli ağırlaşmalar gözdən qaçmamalıdır:
 
- Minimal sedasiya
- Xəstəyə sağ-sol lateral vəziyyət verilməsi və dəri baxımı
- Ventilyasiyaya bağlı pnevmoniyanın qarşısının alınması
- Erkən enteral qidalanma
- Dərin vena trombozunun profilaktikası
- Qastro-enteral qanaxmanın profilaktikası
- İnfeksiya cəhətdən yaxından izlənmə
- Uyğun antibiotik müalicəsi
 
Tural Sadıqov çıxışının sonunda konfrans iştirakçılarının suallarını cavablandırıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub