“COVID-19 və qrip” mövzusunda VEBİNAR keçirilib
19.05.2021 17:30
Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsi çərçivəsində “COVID-19 xəstələrinin klinik idarəolunması” seriyasından “COVID-19 və qrip” mövzusunda 4-cü vebinar keçirilib.
 
Aztibb.az-ın xəbərinə görə, Bakı şəhəri və müxtəlif rayonlardan olan 200-ə yaxın tibb işçisinin qatıldığı onlayn tədbirdə TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri, t.e.d. Emil İskəndərov və ÜST- ün mütəxəssisi Tural Qulu çıxış edərək vebinarın mövzusu və aktuallığı haqqında məlumat veriblər.
 
Daha sonra Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova, institutun aparıcı pulmonoloqları - t.ü.f.d. Gülzar Əliyeva, t.ü.f.d. Vasif Abdullayev, Sevda Mustafayeva, ÜST-ün Səhiyyədə Fövqəladə Hallar Proqramının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Dr. Oqtay Gözəlov və hematoloq, professor Azad Hacıyev mövzu ətrafında çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub