Eyni şəxsdə iki fərqli peyvənd sınaqdan keçirildi – İlk nəticə
19.05.2021 14:36

İspaniyada koronavirusa qarşı hazırlanmış müxtəlif peyvəndlərin eyni şəxsdə tətbiqi ilə bağlı aparılan araşdırmanın nəticələri bəlli olub.

 

Aztibb.az xəbər verir ki, tədqiqat qrupu “AstraZeneca” peyvəndi olanlara ikinci doza “Pfizer” peyvəndi verilməsinin təhlükəsiz və müsbət təsirli olduğunu iddia edib.

 

İspaniyanın Karlos III Sağlamlıq İnstitutu tərəfindən aparılan “Combivacs” adlı araşdırmada “AstraZeneca” peyvəndi dozasından sonra “Pfizer” və “BioNTech” tərəfindən müştərək hazırlanan peyvəndlə vaksinasiya olanların qanında IgG antitellərinin 30-40 dəfə çox olduğu təsbit edilib.

 

Tədqiqata 18-59 yaş arasında, birinci doza “AstraZeneca” peyvəndi olan 670 nəfər qatılıb. Onlardan təqribən 450 nəfərinə ikinci doza olaraq “Pfizer” peyvəndi vurulub. İştirakçıların təxminən 2% -i əks təsirlər yaşadıqlarını bildiriblər. Bu da baş ağrısı, əzələ ağrısı və zəiflik əlamətləri ilə müşahidə edilib.

 

Bu tədqiqata qədər, İngiltərədə aparılan oxşar bir araşdırmanın nəticəsi isə göstərib ki, iki fərqli peyvənd tətbiq olunan insanlar hər iki dozada eyni peyvəndi vurduranlardan daha çox əks təsir yaşayıblar.

 

İspaniyada əvvəlcə tədqiqat qrupu “AstraZeneca” peyvəndinin gənc və orta yaşlı insanlarda qan laxtalanmasına səbəb olacağından ehtiyat edərək, yalnız 60 yaş və üzəri yaşda olanlara tətbiq edilməsinə qərar verib.

 

Karlos III Sağlamlıq İnstitutunun direktoru İsus Antoni Frias tədqiqatla bağlı onu da bildirib ki, nəticələrimiz birinci doza “AstraZeneca” peyvəndi olan insanların başqa bir peyvəndlə ikinci doza oluna biləcəyini müəyyən edib, lakin bunu həyata keçirməklə bağlı qərar vermək bizim məsuliyyətimiz deyil.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev