Koronavirusun daha bir təsiri ortaya çıxdı: ERKƏN YETKİNLİK
11.05.2021 11:39

İtaliyalı alimlərin araşdırmalarına görə pandemiya dövründə uşaqlarda vaxtından tez yetkinlik əlamətləri oturaq həyat və texnologiyadan intensiv istifadə səbəbindən artmaqdadır. Qeyd olunur ki, 8 yaşından tez qızlarda və 9 yaşından tez oğlanlarda görülən yetkinlik əlamətləri “erkən yetkinlik” sayılır.

 

“Uşaqlarınızı yarımfabrikat qidalardan uzaq tutun, texnologiyadan istifadəsini məhdudlaşdırın, 15 yaşından tez sosial media hesabı açmasına izin verməyin”, – deyə mütəxəssislər vurğulayıblar.

 

Aztibb.az xəbər verir ki, tədqiqata əsasən pandemiya ərərfəsi İtaliyada erkən yetkinliyin qızlarda 1 il müddətində daha çox artdığı ortaya çıxıb. Araşdırmada son 5 ildəki əlamət dəyişiklikləri müqayisə edilib, nəticədə artım və sürətlənmə müşahidə olunub.

 

 “Son illərdə yuxarı yaşlı yeniyetmələrdə erkən yetkinlik davranışlarını müşahidə edirik. İtaliyada aparılan tədqiqat əvvəlki illərlə müqayisədə, xüsusilə pandemiya dövründə daha açıq bir artım olduğunu ortaya qoydu. Oğlanlarda 9, qızlarda isə 8 yaşından tez inkişaf varsa, bunu erkən yetkinlik olaraq təyin edirik. Burada 2 vacib amil var. Bədəndə piy toxumasının artması və piylənmə erkən yetkinlik üçün risk faktorları hesab olunur. Pandemiyanın ən əhəmiyyətli təsiri budur. Evdə olduğumuz üçün hərəkətsiz həyat tərzi keçiririk. Bu dövrdə uşaqlar evdə qaldıqları müddətdə qəlyanaltılar, qablaşdırılmış məhsullar, paketləşdirilmiş hazır qidalara üz tuturlar. Məhz bu kimi hormonlu qidalar erkən yetkinliyə səbəb olur” – deyə araşdırmanın nəticlərini qiymətləndirən mütəxəssislər bildiriblər.

 

Pandemiya dövrü uşaqlar evdə asudə vaxtında internetdə çox zaman keçirdiyi üçün yaşlarına uyğun olmayan mövzularla rastlaşırlar. Araşdırmada bu amil xüsusi göstərilir və həkimə müraciət edən xəstələrdə də görülməkdədir. Araşdırmada vurğulanır: “7-8 yaşlı uşaqlar kompüterdə oyun oynamaqdan başqa, YouTube-da davamlı videolar izləyirlər. Çox vaxt yaşlarına uyğun olmayan videolara baxırlar. İzlənilən videolarda vulqar sözlər, cinsi məzmun və cinsi əlaqə ilə bağlı mövzular yer ala bilər. Yeniyetmələr erkən yaşda belə mövzuların təsiri altında qaldıqda davranış tərzi, fikirləri, yanaşmaları dəyişir. 8 yaşlı uşaqlar söhbətlərində “mənə müdaxilə edə bilməzsiniz”, “istədiklərimi edirəm”, “qərarlarım, həyatım” kimi söz və ifadələr işlədirlər. Bunun səbəbi nəzarətsizlik və sosial medianın təsirinə məruz qalmalarıdır”.

 

“İnternetdən istifadə qəti şəkildə məhdudlaşdırılmalıdır. Çünki uşağın hansı veb səhifəni  izlədiyinə və nəyə baxdığına nəzarət çətindir. Bəzi tətbiqlər xaricində ibtidai sinif şagirdləri You Tube videolarına da baxmamalıdır. Eyni zamanda, uşaqların sosial media hesablarının olması da doğru deyil. 15 yaşından tez uşağın sosial media hesabı olmamalıdır. Müəyyən bir əqli yetkinliyə çatmayan uşaq üçün sosial media hesabı açmaq məsləhət görülmür. Çünki orada zorakılıq, cinsi məzmun və təcavüz mövzusunda hər dəqiqə paylaşım var”. 

 

“Ailələr uşaqları lazımsız qidalardan uzaqlaşdırmaq üçün sağlam və keyfiyyətli yeməklər hazırlamalıdır. Qatqısı olan qidaları tez-tez istehlak etməməyə diqqət yetirməli, uşaqları idmanla məşğul olmağa həvəsləndirməlidirlər” – deyə mütəxəssislər qeyd ediblər.

 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır