"Pediatrik xəstəliklərə multidissiplinar yanaşma" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
19.05.2021 10:15
31 may-2 iyun 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalın rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, eləcə də "Uptodate in Medicine MMC" şirkətinin dəstəyi ilə "ZOOM" platforması üzərindən “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş "Pediatrik xəstəliklərə multidissiplinar yanaşma" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
 
Aztibb.az xəbər verir ki, 3 gün davam edəcək konfransda yerli və beynəlxalq mütəxəssislər tərəfindən ümumilikdə 26 məruzə dinləniləcək, təcrübə mübadiləsinin təmin olunması üçün panel müzakirələr təşkil ediləcək.
 
Kardioloji, neonatoloji, endokrinoloji, hepatoloji, qastroenteroloji və ümumi pediatrik panellərdən ibarət olacaq konfransda müvafiq sahələrin mütəxəssisləri iştirak edə bilər. Konfransda proqramın 80 faizini tamamlayan hər kəsə onlayn sertifikat veriləcək.
 
Tədbir akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinin elektron bazasından qeydiyyatdan keçirilmişdir.
 
Konfransda iştirak ödənişsizdir. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir.
 
Proqramla tanış olmaq üçün link: 
 
 
Qeydiyyatdan keçmək üçün link:
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub