AQTA sədri Rusiya nümayəndə heyəti ilə görüşüb  
19.05.2021 07:53

Mayın 19-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyətini qəbul edib.

 

AQTA-dan Aztibb.az-a verilən məlumata görə, "Rosselxoznadzor"un Moskva şəhəri və müvafiq vilayətləri üzrə Dövlət Fitosanitar Nəzarəti şöbəsinin müdir müavini Sergey Aleksandroviç, Dövlət Sərhədində Karantin Fitosanitar Nəzarəti İdarəsinin baş dövlət müfəttişi Olga Sergeevna, müvafiq bölgələr üzrə Bitki karantininə nəzarət şöbəsinin müdiri Yulia Viktorovna və Bitki karantini, toxum istehsalı və taxıl təhlükəsizliyi sahəsində nəzarət şöbəsinin müdiri İrina Alekseevnanın daxil olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında bitki sağlamlığı sahələrində əməkdaşlığın perspektivləri və Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər müzakirə olunub.

 

AQTA sədri son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bitki sağlamlığının təmin olunması ilə bağlı görülən işlər haqqında qonaqları məlumatlandırıb.

 

Görüşdə Rusiya Federasiyasına pomidor ixracı zamanı notifikasiya verilmiş müəssisələr və hazırda bu təsərrüfatlarda həyata keçirilən tədbirlər, birgə videomonitorinqlər keçirilmiş müəssisələrlə bağlı mövcud vəziyyət, bitki mühafizəsinin təmin olunması sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə birgə təlimlərin təşkili və digər məsələlər diqqətə çatdırılıb.

 

Səmimi qəbula görə təşəkkür edən nümayəndə heyətinin üzvləri iki ölkə arasında bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub