Diş əti xəstəliklərinin diaqnostikası və müalicəsinə həsr olunmuş konfrans keçirilib
16.05.2021 10:00

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diş əti sağlamlığına həsr olunmuş onlayn konfrans keçirilib.

 

İnstitutun mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, konfrans yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə dişlər və implantlar ətrafında diş əti xəstəlikləri, diş əti sağlamlığının qorunub saxlanması və erkən diaqnostikasının vacibliyi ilə yanaşı ürək-damar xəstəlikləri, şəkərli diabet və hamiləlik arasındakı əlaqələri ön plana çıxararaq gündəmə gətirmək məqsədi daşıyırdı.

 

Tədbirdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli “Diş əti xəstəliklərinin diaqnostikası və müalicəsi” mövzusunda məruzə ilə çıxıb edib.

 

Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının assistenti Hənifə Musayeva Avropa Parodontologiya Federasiyasının həssas dişlər, nəfəsin xoşagəlməz qoxusu, laxlayan dişlər və siqaret istifadəsi kimi amillərin diş əti xəstəliyinin əlaməti olması barədə və stomatoloqa ziyarətin əhəmiyyətini göstərən dörd ədəd qısa animasiya filmi və posterlər təqdim olunub.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır