Pandemiya dövrü ərzində Türkiyə əhalisinin bədən kütlə indeksi artıb - ARAŞDIRMA
16.05.2021 09:44

COVID-19 pandemiyası dövrü ərzində Türkiyə əhalisinin bədən kütlə indeksi artıb.

 

Aztibb.az xəbər verir ki, bununla bağlı qardaş ölkədə aparılan araşdırmanın nəticəsindən bəlli olub.

 

Tədqiqatlar onu göstərib ki, pandemiya başladığı gündən indiyədək Türkiyə əhalisi arasında hər üç nəfərdən biri artıq çəki ilə üzləşib. Hazırda qardaş ölkədə pandemiyadan irəli gələn səbəblərdən təxminən 20 milyon nəfərin bu problemlə üzləşdiyi müəyyən edilib. Bu şəxslər arasında COVID-19-a yoluxanların xəstəliyi digərlərinə görə daha ağır keçirdiyi də müəyyən olunub.

 

Mütəxəssislər bunu pandemiyadan irəli gələn psixoloji problemlərlə əlaqələndirirlər. Onların fikrincə, bədən kütlə indeksi 30-dan yuxarı olan hər bir kəs təxminən 236 xəstəlik riskinə məruz qalır.

 

Araşdırmalar göstərib ki, Türkiyədə COVID-19-a yoluxanlar arasında reanimasiya şöbələrində yatanların təxminən 73 faizinin çəkisi normaldan daha çox olan şəxslərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər