Tibb Universiteti ilə “Davam” Gənclər Hərəkatı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
12.05.2021 23:06
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli və "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlının iştirakı ilə görüş keçirilib.
 
Görüşdə bu qurumun ATU ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
 
N.Allahyarlı “Davam” Gənclər Hərəkatının 44 günlük Vətən müharibəsi günlərində bir qrup təşəbbüskar gənc tərəfindən yaradıldığını bildirib.
 
Qeyd edib ki, təşkilatın məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, sosiallaşaraq böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir.
 
Hərəkatın mərkəzi ofisi olan Bakı Dayaq Mərkəzi ali təhsil müəssisələri ilə əməkdaşlıq edərək tələbələr arasında ideoloji işin təşkili, ictimai-siyasi həyatda fəal olan gənclərlə əlaqələrin qurulması və birgə fəaliyyət nəticəsində uğurlu işlərin görülməsini hədəfləyir.
 
Görüşdə "Davam" Gənclər Hərəkatı ilə əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib. Hərəkatla ATU arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, tələbə təşkilatları ilə birgə fəaliyyətin perspektivlərinin müəyyən edilməsi kimi məsələlər barədə fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub