El arasında qulunc adı ilə tanınan MİOZİT - Yaranma səbəbləri
09.05.2021 12:12

El arasında qulunc adı ilə tanınan, əslində isə onurğanı düzləndirən əzələnin iltihabı olan miozit daha çox oturaq həyat keçirənlərdə, xüsusən də sürücülərdə, kompüter qarşısında çox oturanlarda, döş fəqərələrində yırtıq, sürüşmə və ya osteoxondrozdan əziyyət çəkənlərdə, həmçinin daim küləkli yerdə işləyənlərdə rast gəlinir.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, miozit hər hansı səbəbdən skelet əzələlərində baş verən iltihabi prosesdir və həmin prosesdə bir və ya bir neçə əzələ qrupu iştirak edir.

 

Bir çox nahiyənin əzələlərində müşahidə olunsa da, daha çox onurğanın boyun, kürək və bel hissələrində baş verir. İltihablaşan nahiyəyə əllə toxunma və hərəkət zamanı yaranan sızıltılı ağrılar və temperaturun yüksəlməsi müşahidə edilir.

 

Yaranma səbəbləri:

 

Miozitin ən geniş yayılma səbəbləri soyuq faktoru və uzun müddət məcburi vəziyyətdə qalmaqdır. Bu daha çox iş şəraiti ilə əlaqədar skripkaçı, sürücü və kompüterlə işləyən ofis işçilərində müşahidə edilir.

Onun yaranmasına səbəb olan bir sıra amillər var:

 

- Hava cərəyanının təsiri və soyuqlama;

- Müəyyən qrup əzələlərin uzunmüddətli eyni vəziyyətdə qalması;

- Əzələnin qıcolma və ya travma nəticəsində zədələnməsi;

- Yaxın zamanlarda keçirilmiş və hazırda müşahidə edilən kəskin virus infeksiyaları;

- Əzələlərin bakterial, parazitar, toksiki və autoimmun zədələnməsi;

 

Ən ağır gedişli forma əzələnin bakterial zədələnməsi nəticəsində yaranan irinli miozitlərdir ki, belə hallarda irin sinir və damarların gedişi boyu yayılaraq prosesi daha geniş sahələrə yayır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər