"Azərbaycan-Türkiyə talassemiya görüşləri" mövzusunda onlayn elmi seminar keçirilib
08.05.2021 22:00
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (MHTM) təşkilatçılığı ilə 8 May - Beynəlxalq Talassemiya Gününə həsr olunmuş "Azərbaycan-Türkiyə talassemiya görüşləri" mövzusunda onlayn elmi seminar keçirilib. Tədbirdə türkiyəli mütəxəssislər də iştirak ediblər.
 
Aztibb.az xəbər verir ki, seminarda MHTM-in icraçı direktoru Valeh Hüseynov çıxış edərək ölkəmizdə son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlərin görüldüyünü bildirib. Qeyd edib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Talassemiya Mərkəzinin yaradılması nəticəsində talassemiyalı vətəndaşların müalicəsinin müasir səviyyədə təşkili mümkün olub.
 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın mərkəzə olan qayğısını xüsusi vurğulayan icraçı direktor billdirib ki, hazırda MHTM-də talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində talassemiyalı pasiyentlərin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.
 
Daha sonra türkiyəli professorlar Zeynep Karakaş və Namık Yaşar Özbekin, eləcə də mərkəzin mütəxəssisləri Dr. Samirə Həsənova və Dr. Nərgiz Əliyevanın məruzələri dinlənilib.
 
Günün ikinci yarısında baş tutan seminarın növbəti hissəsində xarici mütəxəssislərlə yanaşı, MHTM-in Talassemiya bölməsinin baş həkimi Afaq Nəsibova məruzə ilə çıxış edib.
 
Onlayn tədbir Azərbaycandan və Türkiyədən olan talassemiyalı pasiyentlərin dərnək (QHT) nümayəndələrinin çıxışları və müzakirələrlə davam edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub