Tibb Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
08.05.2021 17:20
Mayın 8-də Azərbaycan Tibb Universitetində (ATU) ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn formatda anım mərasimi keçirilib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli tədbiri açıq elan edərək ulu öndərin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, ümummilli liderin Azərbaycan tarixinin XX əsrin ikinci yarısı - XXI əsrin əvvəllərində ən görkəmli siması olduğunu qeyd edib: “Heydər Əliyev Azərbaycan tarixinə görkəmli siyasi və dövlət xadimi, dövlətimizi və dövlətçiliyimizi qoruyub saxlayan dahi rəhbər kimi daxil olub”.
Ulu öndərin şərəfli ömür yolundan bəhs edən professor G.Gəraybəyli H.Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanması istiqamətində göstərdiyi gərgin fəaliyyətindən söhbət açıb. Natiq Ermənistanın hərbi təcavüzü və Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli liderin müstəsna xidmətlərini qeyd edib: “Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan çox soydaşımızın qaçqın düşməsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında H.Əliyev çox gərgin və genişmiqyaslı işlər görmüşdür. Bu problemin sülh yolu ilə həlli baş tutmazsa, Qarabağın müharibə ilə işğaldan azad olunacağını bəyan etmişdir. H.Əliyevin ən böyük arzusu işğal altındakı torpaqlarımızın, xüsusilə Azərbaycanın incisi sayılan Şuşanın azad olunmasını görmək idi. Onun bu arzusunu Azərbaycanın müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 44 günlük II Qarabağ Müharibəsi ilə reallaşdırdı. İllər ötəcək, əsrlər bir-birini əvəz edəcək, ancaq Heydər Əliyevin dahi siyasətçi kimi əziz xatirəsi daim könüllərimizdə yaşayacaq”.
Anım tədbirində çıxış edən ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Fəxrəddin Məmmədov ulu öndərin nəsillərə örnək olan həyat yolundan, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi fəaliyyətdən söhbət açıb. Onun Azərbaycanın tarixinə, mədəniyyətinə, təhsilinə və digər sahələrə verdiyi yüksək qiyməti vurğulayıb: “Ulu öndər çiyinlərinə bir xilaskarlıq missiyası götürdü. Azərbaycanın müstəqillik qazanması nə qədər çətin idisə, onu qoruyub saxlamaq ondan da çətin idi. Müstəqillik qazandığımız 1991-ci il oktyabrın 18-dən ulu öndərin hakimiyyətə gəldiyi 1993-cü ilin iyununadək Azərbaycanda bir qarışıqlıq və xaos hökm sürürdü. Xalq çıxılmaz vəziyyətdə qalmışdı. Bir tərəfdən ermənilərin Azəbaycana təcavüzü, digər tərəfdən Azərbaycanın parçalanması təhlükəsi, şimalda və cənubda separatçı hərəkatlar - bütün bunlar müstəqilliyə vurulan ən böyük zərbələr idi. Ölkə parçalanma təhlükəsi ilə qarşılaşmışdı. Hətta Azərbaycanın dünya xəritəsindən silinmə təhlükəsi yaranmışdı. Belə bir vaxtda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyi öz üzərinə götürdü, Azərbaycanı parçalanma təhlükəsindən qurtardı”. F.Məmmədov, həmçinin H.Əliyevin hakimiyyəti dövründə dövlət çevrilişi cəhdlərinin qarşısının uğurla alınmasından, ölkədə aparılan quruculuq işlərindən və digər məqamlardan da söhbət açıb.
Xarici dillər kafedrasının müdiri, professor Zemfira Məmmədova Heydər Əliyev şəxsiyyətindən və onun dünya liderləri arasındakı nüfuzundan söhbət açıb. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanmasında göstərdiyi xidmətlərdən danışıb: “Ümummili liderimiz ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət konsepsiyasını uğurla həyata keçirmiş, bu siyasi kurs bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və inkişafına xidmət etmişdir. Ulu öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə və əhalinin rifahının yüksəlməsinə yönəlmişdir”.
İctimai səhiyyə fakültəsinin tələbəsi Taleh Qasımov öz çıxışında bütün sahələrdə olduğu kimi, ulu öndərin təhsilin inkişafına da böyük önəm verdiyini bildirib. Onun müxtəlif görüşlərdə, tədbirlərdə etdiyi çıxışları həvəslə izlədiyini və yaddaşına həkk etdiyini söyləyib. T.Qasımov ümummilli liderin Azərbaycan gənclərinin əsl vətəndaş kimi yetişməsi üçün həmişə şərait yaratdığını deyib, ulu öndərin bir neçə müdrik kəlamını səsləndirib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

