Azərbaycan Onkoloqlar Cəmiyyətinin dəstəyilə IV Bakı Endoskopik Forumu keçirilib - FOTO
07.05.2021 17:22

Mayın 7-də Milli Onkologiya Mərkəzində Azərbaycan Onkoloqlar Cəmiyyətinin dəstəyilə IV Bakı Endoskopik Forumu keçirilib.

 

Aztibb.az xəbər verir ki, qastroenteroloqlar, endoskopistlər, cərrahlar və uşaq cərrahları, pediatrlar, onkoloq və terapevtlərin iştirak etdiyi tədbir “Zoom” platforması üzərindən onlayn formatda təşkil olunmuşdu.

 

Tədbiri açıq elan edən Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli toplantı iştirakçılarını Milli Onkologiya Mərkəzinin rəhbərliyi adından salamlayıb. Artıq 4-cü dəfədir təşkil olunan forum çərçivəsində xaricdən dəvət edilmiş mütəxəssislərlə yanaşı, Azərbaycanın aparıcı həkimlərinin də məruzələrinin dinlənilməsinin nəzərdə tutulduğunu bildirib, tədbir iştirakçılarına və konfransın işinə uğurlar arzu edib.

 

Sonra İstanbul “Memorial” xəstəxanasının qastroenteroloq-endoskopisti professor Erdem Akbalın rəhbərliyi ilə əməliyyatxanada icra olunan 2 endoskopik əməliyyat canlı nümayiş olunub. 

 

Forumda Milli Onkologiya Mərkəzinin Endoskopiya şöbəsinin rəhbəri Elman İbrahimov “Milli Onkologiya Mərkəzində endoskopiya haqqında” məruzəsi ilə çıxış edib. Bildirib ki, müasir tibbdə mühüm bölmələrdən biri olan endoskopik müayinə metodları xərçəngin yaranma riski olan şəxslərdə xəstəliyin ilkin mərhələlərinin aşkar olunmasına imkan yaradır. Onun sözlərinə görə, xərçəng xəstəliyinin erkən diaqnostikası xəstələrin sağ qalmasına ciddi təsir göstərən amillərdəndir və daha müsbət klinik nəticələr əldə etməyə şərait yaradır.

 

E.İbrahimov hazırda ölkəmizdə selikli qişada baş vermiş patologiyaların diaqnostikası üçün ən son texnologiyaların mövcud olduğunu da qeyd edib.

 

Professor Erdem Akbal “Kolorektal poliplərdə endoskopik submukozal diseksiya (ESD) və endoskopik full thickness rezeksiya (EFTR)” mövzusunda məruzə ilə çıxış edərək yoğun bağırsağın bədxassəli xəstəliyi olan kolorektal xərçəngə son zamanlar daha sıx rast gəlindiyini vurğulayıb. Qeyd edib ki, sənayeləşmə, kimyəvi maddələrə daha çox məruz qalma kimi amillər nəticəsində bu xəstəliyin yaşı gəncləşməkdədir: “Yaşı 50-dən aşağı olan insanlarda xəstəliyə rast gəlinmə sıxlığında artım müşahidə olunur. Bu səbəbdən 45 yaşından etibarən kolonoskopiya üsulu ilə müayinə olunmaq vacibdir”.  

 

E.Akbal endoskopik müalicə üsullarından bəhs edib, yoğun bağırsaq poliplərinin müəyyən edilməsi yollarından, eləcə də ESD mərhələləri və üsullarından danışıb. O, icra etdiyi əməliyyatlardan nümunələr təqdim edib.

 

Tədbirdə, həmçinin Respublika Diaqnostika Mərkəzinin Cərrahiyyə şöbəsinin rəhbəri İlqar İsmayılov “Erkən mərhələdə düz bağırsaq xərçəngində transanal cərrahi təcrübəmiz. TAMİS”, Milli Onkologiya Mərkəzinin Abdominal onkologiya şöbəsinin rəhbəri Azər Əliyev “Erkən mədə xərçənginin müasir müalicə strategiyası” və Milli Onkologiya Mərkəzinin Endoskopiya şöbəsinin həkimi Həcər Həsənli “Uşaqlarda və böyüklərdə qida borusu darlıqlarının endoskopik üsulla müalicəsi” adlı məruzələrlə çıxış ediblər.

 

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiyadan keçib və 8 kredit vahidi verilib.

 

Qeyd edək ki, forum iştirakçılarına sertifikatların təqdim olunması nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır