ATUREK-8 konfransının qalibləri mükafatlandırılıb
07.05.2021 10:25
Azərbaycan Tibb Universitetində (ATU) Rezidentlərin VIII Elmi-Təcrübi Konfransının (ATUREK-8) qalibləri ilə görüş keçirilib. Aztibb.az xəbər verir ki, öncə ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri Nailə Sultanova çıxış edərək konfransın nəticələrinə görə ilk 3 yeri tutan gənc mütəxəssisləri təbrik edib.
Professor N.Sultanova Azərbaycanda yüksəkixtisaslı tibbi kadr hazırlığında rezidentura təhsilinin müstəsna əhəmiyyət daşıdığını qeyd edərək ATU-da 2011-ci ildən bu təhsil pilləsinə start verildiyini xatırladıb. İndiyədək respublika üzrə 1500-ə yaxın rezidentin məzun olduğunu qeyd edən professor gənc həkimlərin hərtərəfli formalaşmaları üçün elmi-praktik konfransların xüsusi əhəmiyyət kəsb etdiyini də vurğulayıb. Nailə Sultanova ATUREK-8-in qalibləri olan rezidentləri təbrik edərək onlara hər sınaqdan uğurla çıxmağı arzulayıb.
Sonra ATUREK-8 konfransının qaliblərinə diplom və pul mükafatları təqdim olunub. 1-ci yerə ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostika kafedrasının rezidenti Humay Rzayeva “Postpartum ovarian vena trombozunun radioloji dəyərləndirilməsi” mövzusuna görə, 2-ci yerə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun I ümumi cərrahiyyə kafedrasının rezidenti Vəli Əliyev “Süd vəzi əməliyyatlarında müxtəlif metodikalarin müqayisəsi” mövzusuna görə, 3-cü yerə isə ATU Stomatologiya Klinikası, ortopedik stomatologiya kafedrasından Gülnur Rüstəmova “Süd dişlərinin əhəmiyyəti” mövzusuna görə layiq görülüb.
Qeyd edək ki, Rezidentlərin VIII Elmi-Təcrübi Konfransının məqsədi tibbin müxtəlif sahələrini əhatə edən müasir bilikləri paylaşılması və müzakirə edilməsindən ibarət olub. Ötən ilin sonunda keçirilən ATUREK-8 konfransına 120-dən çox elmi iş təqdim olunub.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

