Günəş işığı koronavirusun yayılmasını azaldır – Alimlərin müşahidəsi
04.05.2021 14:31

Araşdırmaya görə, uzun günəşli günlərdə isti hava və günəş işığı koronavirusun yayılmasını azaldır.

 

Aztibb.az xəbər verir ki, bir qrup elm adamı apardığı tədqiqatlar nəticəsində isti hava və günəşin uzun müddət rast gəlindiyi ərazilərdə koronavirusun yayılmasının azaldığını müşahidə ediblər.

 

"Scientific Reports" jurnalında dərc olunan araşdırmada, coğrafi mövqeyinə görə ölkələrin hava mühitində temperatur dəyişməsi, günəşli saatların müddəti və rütubət kimi amilləri nəzərə alan mütəxəssislərin qənaətinə görə, ekvator xəttindən uzaqlaşdıqca aşağı temperaturun olduğu coğrafi ərazilərdə virusa yoluxma sayının da artması göstərilir.

 

Araşdırmada 117 ölkənin hava mühitinə dair rütubət, temperatur və günəşli günlərin müddəti ilə bağlı məlumatlar təhlil edilib. Təhlillərdə əhalinin sıxlığı, karantin rejmi, yaşlı əhalinin say nisbəti, səhiyyə xidməti xərcləri və s. kimi amillər də nəzərə alınıb.

 

Nəticələrə əsasən, isti iqlimi olan ölkələrdə COVID-19-un yayılma sürətinin soyuq iqlimli ölkələrlə müqayisədə daha az olduğu ortaya çıxıb.

 

İstilik və günəş işığının COVID-19-un yayılma sürətini həqiqətən azaltması ilə bağlı fikrə diqqət çəkən tədqiqatçılar, alınan nəticələrin yalnış rəy yaratmaması ilə bağlı da xəbərdarlıq ediblər.

 

“Bu, o demək deyil ki, xəstəlik yayda yox olacaq və ya ekvatorial bölgələrdə virusa rast gəlinməyəcək. İsti fəsillərdə temperaturun yüksək və ultrabənövşəyi şüalanmanın çox olması virusa daha az yoluxma baxımından müsbət hesab olunur. Bununla yanaşı, eyni vaxtda dövlətlər tərəfindən də əhalinin sağlamlığının qorunması məqsədilə COVID-19-a qarşı tədbirlərin görülməsi əhəmiyyətli hal kimi qiymətləndirilir”, ­– deyə araşdırma qrupu vurğulayıb.

 

Digər tərəfdən, tədqiqatın epidemiyanın başladığı müddətdən 2021-ci ilin yanvarına qədər olan dövrü əhatə etdiyini qeyd edən tədqiqatçılar bildirib ki, virusun mutasiyaya uğramış yeni variantının nümunəsində eyni nəticələrin müşahidə ediləcəyi hələ sual altındadır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev