Pandemiyanın səbəb olduğu yuxu pozğunluğu
17.04.2021 21:35

Yuxu sağlamlığımız və sosial həyatımız üçün vacib bir amildir. Amma pandemiya ərəfəsi fərqli həyat rejmi insanların müntəzəm yuxu vərdişlərinə də mənfi mənada təsir edib.

 

Bəzi mütəxəssislər bunun üçün termin də yaradıblar. Aztibb.az xəbər verir ki, insomniya (yuxusuzluq) və koronavirus sözlərindən yaradılan koronasomniya, yaxud kovidsomniya adlı yeni xəstəlik COVID-19 epidemiyasının səbəb olduğu yuxu pozğunluğu xəstəliyidir.

 

İngiltərənin Southampton Universitetinin alimlərinin ötən il apardığı araşdırmaya əsasən dünyada hər dörd nəfərdən bir insan yuxu problemi yaşayır. Bu say əvvəlki illərlə müqayisədə altıdan dördə enib. Bir sözlə, yuxusuzluqdan əziyyət çəkənlərin sayı artıb. Xüsusilə də pandemiya ikinci ilinə qədəm qoyduqdan sonra aylarla davam edən sosial uzaqlaşma və digər məhdudiyyətlər gündəlik həyatımıza qeyri-müəyyənlik qatıb.

 

Yuxusuzluğun depressiv təsiri               

 

Ümumiyyətlə insanın mütəmadi olaraq yuxu almaması və ya keyfiyyətsiz yuxu uzunmüddətli sağlamlıq problemləri ilə nəticələnir, orqanizmdə depressiya, şəkərli diabet, ürək, qan-damar və digər xəstəliklərə səbəb ola bilir.             

 

Kalifornia Universitetinin professoru Angela Drake izah edir ki, beynimiz ömür boyu işdə işləməyə, evdə isə dincəlməyə və rahatlanmağa vərdiş edib. İndi isə fərqli bir vəziyyət yaranıb.               

 

Yuxu pozğunluğu olan xəstələrin müalicəsi sahəsində ixtisaslaşmış həkim Davis isə yazır ki, evdə işləyəndə çox az hərəkət edirik və az gün işığı qəbul edirik. Halbuki, bunlar yaxşı bir yuxu üçün olduqca zəruridir.              

 

Qeyd olunur ki, nizamsız iş saatı, ümumi qeyri-müəyyənlik və rejmə nəzarətin itməsi hissi yuxu probleminin başlıca səbəblərindəndir.              

 

Mütəxəssislər pandemiyanın uzanmasını da yuxusuzluğa səbəb olan amil kimi görürlər. Çünki əksər insanlar zamanlarını kompüter oyunlarına, film, teleserial izləməyə və ya mütailəyə sərf edir. Bunun nə vaxtadək davam edəcəyinin bilinməməsi stresə və yuxu pozğunluğuna gətirib çıxarır.               

 

"Əvvəllər nümayiş etdirilən sosial çarxlar vasitəsiylə insanlara pandemiyanın stresini atlatmaq motivasiyası təbliğ edilirdi. Lakin pandemiya uzandıqca insanlarda daxili narahatlıqlar da çoxalmağa başlayıb. Odur ki, dolayısı ilə yuxu problemlərinin də "xroniki və uzunmüddətli" hala gələcəyi ehtimalı yüksəkdir. Digər yandan, vaxtında ehtiyac duyduğumuz müalicələri də pandemiya səbəbindən təxirə salırıq və yalnız kritik anda səhiyyə müəssisələrinə müraciət edirik.              

 

2020-ci ildə Ottava Universitetində dünyanın dörd bir yerindən 190.000-dən çox insanın iştirak etdiyi 55 elmi tədqiqat işi nəzərdən keçirilib, yuxusuzluq, depressiya və travma sonrası stres pozğunluğu kimi halların pandemiyanın başladığı vaxtdan bu yana necə dəyişdiyi açıqlanıb.              

 

Mütəxəssislər bütün bu təcrübələrin yuxusuzluq problemləri sahəsində yeni həll yolları açacağına inanırlar.  

 

 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır