Vaksinin ilk dozasından sonra koronavirusa yoluxmuş şəxslər də virusu yüngül keçirə bilər – Həkim infeksionist Aygül Əliyeva ilə MÜSAHİBƏ
04.05.2021 10:06

Yeni növ koronavirusa qarşı vaksinin ilk dozasından 14-21 gün sonra qoruyuculuq əmələ gəlir. İlk dozadan sonra və ikinci dozadan əvvəl koronavirusa yoluxmuş orqanizmdə az miqdarda hüceyrə virusu tanıya biləcəyi üçün xəstəliyi yüngül keçirtmək mümkündür. Lakin qoruyuculuğun müddətini və təsirini artırmaq üçün ikinci doza peyvənd olunması mütləqdir.

 

Bu barədə Aztibb.az-a müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-infeksionisti Aygül Əliyeva bildirib.

 

- Aygül xanım, bəzi viral infeksiyaların digərlərindən daha tez yayılmasının səbəbləri nələrdir?

 

Viral infeksiyaların hava-damcı, fekal-oral, parenteral, cinsi və kongenital yolu ilə yoluxması mümkündür. Hazırda hava-damcı yolu ilə yoluxma daha geniş yayılıb. Bu yol vasitəsilə ən çox kəskin respirator virus infeksiyalar yoluxur. Bu infeksiyalar qrupuna koronavirus, influenza, parainfluenza, adenovirus və s.aiddir. Xəstə şəxs danışan, asqıran və öskürən zaman virus hissəciklərini ətraf mühitə yayır. Bu hissəciklər havada 1 metrə qədər yayılaraq yaxın məsafədə olan şəxslərin yoluxmasına səbəb olur. Tarixdə bilinən ən böyük pandemiyaya səbəb olan H1N1 virusunun törətdiyi İspan qripinin də yayılması məhz hava-damcı yolu ilə baş verib.

 

- Dünya üçün böyük təhlükə mənbəyi olma potensialına malik SARS-CoV 1 virusunun pandemiyaya çevrilməməsinin səbəbləri nələr oldu?

 

Bildiyimiz kimi, koronavirusun digər növləri olan SARS-CoV 1 2002-ci ildə, MERS-ə səbəb olan MERS-CoV isə 2012-ci illərdə epidemiyaya səbəb olublar. SARS 29 ölkəyə, MERS isə 26 ölkəyə yayıldı. Bu növ koronaviruslar zamanı simptomların dərhal bilinməsi səbəbi ilə tez zamanda karantin qaydalarına riayət edildi, nəzarətdə saxlamaqla pandemiya çevrilməsinin qarşısını almaq münkün oldu.

 

- Hazırda dünya əhalisinin böyük əksəriyyəti COVID-19-a qarşı peyvəndin pandemiyadan yeganə çıxış yolu olduğunu düşünür. Peyvəndin yalnız ilk dozasını vurdurmuş, ikinci dozadan əvvəl koronavirusa yoluxmuş insanlarda peyvəndin ilk dozası xəstəliyi bir qədər yüngül keçirməyə səbəb ola bilərmi?

 

Artıq bir ildən çoxdur ki, dünya əhalisi COVID-19 pandemiyası ilə mübarizə aparır. Pandemiyanın bitməsi, xəstəliyi yüngül keçirtmək, ağırlaşma və ölümün qarşısını almaq üçün yeganə həll yolu vaksinasiya prosesinin həyata keçirilməsidir. Vaksinin ilk dozasından 14-21 gün sonra qoruyuculuq əmələ gəlir. İlk dozadan sonra orqanizmdə az miqdarda hüceyrə virusu tanıya biləcəyi üçün xəstəliyi yüngül keçirtmək mümkündür. Qoruyuculuğun müddətini və təsirini artırmaq üçün ikinci doza peyvənd mütləq olunmalıdır. Vaksinasiya olunmuş şəxslər hər zaman qorunma tədbirlərinə riayət etməlidirlər.

 

- COVID-19-a yoluxmuş insanların digər insanları yoluxdurmaq qabiliyyəti nə vaxt dayanır?

 

COVID-19-a yoluxan zaman simptomların başladığı ilk həftədən sonra virusun yoluxuculuğu azalır. Tüpürcəkdə və nazofarengeal sekresiyalarda virusun yoluxuculuğu  6 gün ərzində yüksək olur. Yoluxdurma qabiliyyəti xəstəliyin 2-ci həftəsində azalır, təxmini olaraq 2-3 həftəyə tamamilə dayanır.

 

- Pandemiyaya qalib gəlmək, əvvəlki həyatımıza qayıtmaq üçün hansı tədbirlər görülməlidir? Sizin fikrinizcə, insanların bundan sonra hələ nə qədər koronavirusla yaşama ehtimalı var?

 

Pandemiyaya qalib gəlmək üçün əsas şərt vaksinasiya prosesinin həyata keçirilməsi və sanitar-epidemioloji qaydalarına ciddi əməl edilməsidir. Hazırda ölkəmizdə də vaksinasiya prosesi uğurla davam edir. Xüsusilə risk qrupunda olan və xroniki xəstəliyi olan şəxslər  mütləq vaksinasiya olunmalıdır.

 

- Müasir dövrdə koronavirusdan başqa, yoluxuculuğu yüksək olan hansı virus xəstəlikləri vardır?

 

Hazırda dünyada koronavirusdan əlavə, geniş yayılmış virus xəstəliklər var ki, bunlara hepatit virusları və İİV (İmmun çatışmazlıq virusu) misal gətirmək olar. Hepatit virusları səbəbindən ildə 1,4 milyon insan həyatını itirir.

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Uzman həkim Şiraslan Baxşəliyev Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Qaradağ Tibb Mərkəzində daha bir uğurlu əməliyyat icra olunub
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilən 2 yaşlı uşaq həyata qaytarılıb