"Kliniki psixologiya" ixtisası üzrə magistrantlarla görüş keçirilib - ATU
30.04.2021 14:58
Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsi nəzdindəki "Kliniki psixologiya" ixtisası üzrə təhsil alan 1-ci kurs magistrantları ilə "Rezidentura və magistratura" şöbəsinin müdir müavini Əfsanə Məmmədova arasında görüş keçirilib.
 
Aztibb.az xəbər verir ki, onlayn rejimdə baş tutan görüş zamanı Ə.Məmmədova magistrantların təhsili, tədrisdəki problemləri ilə maraqlanıb.
 
Tədrisin keyfiyyəti ilə bağlı fikirlərini bölüşən magistrantlar tədris proqramının beynəlxalq standartlara uyğunlaşması üçün bəzi təkliflər irəli sürüblər. Belə ki, proqrama "Neyropsixologiya" fənninin də əlavə olunması təklif olunub. Qeyd edilib ki, gələcəkdə xarici ölkə universitetlərində doktorantura pilləsində təhsillərini davam etdirmək istəyən magistrlərin diplomuna əlavədə bu fənnin də adının olması vacib məsələlərdəndir.
 
Görüşdə, həmçinin cari semestr imtahanlarının formatı və qiymətləndirilmə metodları barədə müzakirələr aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub