"Koronavirus laboratoriyada təhlükəsizliyin pozulması nəticəsində ortaya çıxıb" - Rafiq Əliyev
30.04.2021 12:56

2 il əvvəl Çindən dünyaya yayılan və hələ də davam edən koronavirus pandemiyasının necə yaranması barədə xeyli müddətdir ki, alimlər tərəfindən müxtəlif versiyalar dilə gətirilir. Bu günə kimi mövzu ətrafında müzakirələr səngimək bilmir.

 

Aztibb.az xəbər verir ki, tanınmış azərbaycanlı alim, AMEA-nın müxbir üzvü Rafiq Əliyev də ötən il etdiyi çıxışların birində virusun Çindəki laboratoriyadan yayıldığını vurğulamışdı.

 

O, bu günlərdə yeniavaz.com saytına verdiyi müsahibədə fikrini dəyişmədiyini bildirib. Eyni zamanda, virusun neçə müddət davam edəcəyi ilə bağlı yeni bir detalı da açıqlayıb. 

 

R.Əliyev növbəti dəfə vurğulayıb ki, bu günə kimi virusun hardan çıxması mübahisəli məsələ olaraq qalmaqdadır: "Keçən il çıxışım oldu. Bu gün də həmin fikirdə qalıram. Bu, Çində laboratoriyadan çıxan bir virusdur. Qəsdən olan bir şey deyil, bioloji silah deyil. Bu, laboratoriyada təhlükəsizliyin pozulmasıdır. Bu cür laboratoriyalarda protokollar olur. Neçə adam orada işləyirsə, hamısı üçün ayrıca protokollar yazılır. O protokollar pozulub. Mənim fikrim belədir ki, bu belədir. Özü də Çin laboratoriyanı ABŞ-la birgə yaratmışdı. Ovaxtkı ABŞ prezidenti Barak Obama bunun ABŞ-da olmasını istəmədi, Çində etdilər". 

 

Professor müsahibəsində virusun bundan sonra nə qədər davam edəcəyini qeyri-səlis məntiqlə izah edib: "Məndə elmi rəqəm var, amma dəqiq deməyəcəm, qeyri-səlis deyəcəm. Yaxın bir neçə il ərzində bununla yaşamalıyıq, nə qədər vaksin olsa da. Mən qorxutmaq istəmirəm, ola bilər ki, mətbuatda getməsin bu hissə. Rəqəm də deyə bilərdim, amma deməyəcəyəm. Bunu bədahətən demirəm, dünya alimlərinin fikirləri var. Biz bununla yaşamağı öyrənməliyik. Virus bir neçə il gedəcək".

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb