Qanda xolesterol artıqlığını göstərən YEGANƏ ƏLAMƏT
30.04.2021 12:39

Rusiyalı həkim-terapevt Georgi Sapeqo qanda xolesterol artıqlığının nəyə görə təhlükəli olması və hansı simptomlarla özünü göstərməsi barədə məlumat verib.

 

Aztibb.az-ın məlumatına görə, mütəxəssis bildirib ki, xolesterol kimyəvi tərkibinə görə "pis" və "yaxşı" ola bilər.

 

“Pis xolesterol beyin, ürək, bağırsaq və ya ayaqdakı damarlara zərər verən aterosklerozu sürətləndirir. Bütün bədən hissələri ciddi şəkildə təsirlənə bilir. Yaxşı xolesterol isə əksinə, aterosklerozun inkişafına mane olur”, - deyə həkim açıqlayıb.

 

G.Sapego qeyd edib ki, testlər olmadan "pis" xolesterol səviyyəsindəki artıqlığı müşahidə etmək çox çətindir, çünki bu, yalnız damarların aterosklerozdan ciddi şəkildə təsirləndiyi zaman ortaya çıxır. Simptomlara şiddətli sinə və ayaq ağrısı, nəfəs darlığı və ani zəiflik də aid ola bilər.

 

Buna baxmayaraq, ilk növbədə yaşlı insanlar üçün xarakterik olan yüksək xolesterolun bir xarici əlaməti də var. Bu, ksantelazmadır: göz qapaqlarının dərisinin altında yağlı sarımtıl ləkələr əmələ gəlir. Bunlar mikroskopik nöqtələr deyil, açıq şəkildə görünən ləkələrdir, tonal krem damcılarına bənzəyir. Ksantelazma qanda xolesterolun yüksək olduğunu göstərir.

 

Həkim uşağında belə törəmələr görən valideynlərə onu mütləq müayinəyə aparmağı tövsiyə edib.

 

Təbii vasitələr içərisində darçının qanda xolesterol səviyyəsini tənzimlədiyini, metabolizmanı sürətləndirməyə kömək etdiyini söyləyən rusiyalı terapevt yeməklərdə mütəmadi istifadə zamanı karbohidratların qanda qlükoza səviyyəsindəki dəyişikliklərə təsirinin 20% azaldığını vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?