Ramazan bayramı günlərində Azərbaycanda sərt karantin ola bilərmi? - AÇIQLAMA
29.04.2021 15:02

Hazırda Azərbaycanda epidemioloji vəziyyət Ramazan bayramı günlərində sərt karantin rejiminin tətbiq edilməsinə ehtiyac yaratmır.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

 

Deputat bildirib ki, Ramazan bayramı ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun bir şəkildə və ölkə daxili və xarici epidemioloji gərginliyi nəzərə alaraq bir sıra ölkələrdə bayram günlərində qapanmalara getmə planları var:

 

“Amma ölkəmiz üçün bunu dəyərləndirdiyimiz zaman, xüsusən son günlərdə nisbətən sabitləşmə, hətta düşüşə meyilliliyin artması, yoluxanlarla sağalanlar arasında nisbətin müsbət tendensiya tərəfə dönməsi kimi hallar ölkəmizdə bayram günlərində sərt karantin tətbiqi ilə bağlı qərarın alınmasına ehtiyac olmayacağını göstərir.

 

Bu gün qardaş Türkiyədə sərt qapanmaya getmək qərarının verilməsinin izahatını belə verə bilərəm ki, iki ölkə arasında əhalinin sayına görə 9-10 dəfə fərq olsa belə, günlük yoluxanların sayına baxdığımız zaman bizdəki yoluxma sayı ilə müqayisədə, Türkiyədə 25-30 dəfə artıq yoluxma sayı görsənir. Ona görə də mən onu deyə bilərəm ki, Azərbaycanda günlük yoluxmaların sayı və gedişata baxdıqda biz epidemioloji vəziyyətə və xəstəxanalarda doluluq nisbətinə görə 2-3 dəfə daha yaxşı vəziyyətdə hesab oluna bilərik.

 

Vəziyyət bu şəkildə davam etdiyi müddətdə xüsusi sərt qapanma rejiminə və ya rejimin ağırlaşdırılmasına yəqin ki, ehtiyac olmayacaq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib