“COVID-19 xəstələrinin klinik idarəolunması” mövzusunda vebinar keçirilib
28.04.2021 14:45
Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-ün Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsi çərçivəsində “COVID-19 xəstələrinin klinik idarəolunması” mövzusunda vebinar keçirilib. 
 
Aztibb.az xəbər verir ki, vebinarda Bakı şəhəri və müxtəlif rayonlardan 200-ə yaxın tibb işçisi iştirak edib. 
 
Tədbiri giriş sözü ilə ÜST-ün mütəxəssisi Tural Qulu və TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin məsləhətçisi Nahidə Mahmudova açaraq iştirakçılara mövzunun aktuallığı barədə məlumat veriblər.
 
Daha sonra ÜST-ün Səhiyyədə Fövqəladə Hallar Proqramının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Oqtay Gözəlov COVID-19 xəstəliyində qanın hemodinamik dəyişiklikləri haqqında danışıb.
 
Sonda hematoloq, professor Azad Hacıyev vebinar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
 
Qeyd edək ki, növbəti həftələrdə də tibb işçilərini maraqlandıran mövzular ətrafında vebinarların keçirilməsi nəzərdə tutulur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub