COVID-19-dan sağaldıqdan sonra qazanılmış immunitet hansı müddətə orqanizmdə qalır? - Həkim Namiq Novruzov açıqladı
28.04.2021 12:09
İmmunitet orqanizmin infeksiyalardan bioloji müdafiəsi sistemidir. İmmunitet və ya immun sistemi orqanizmi bütün yad parazitlərdən, viruslardan, mikroblardan, göbələklərdən və hətta təhlükə yaradan öz toxumalarımızdan qoruyur. İmmunitet təbii və süni ola bilər ki, bunlardan hər biri, öz növbəsində “passiv” (təbii) və “aktiv” (süni) olur. Təbii immuniteti insan hələ doğulmamış, ana bətnində və süd əmdiyi zaman əldə edir. Süni immunitet isə yaşadığı dövrdə infeksion xəstəliklərə yoluxub sağaldıqda əldə edilir. Süni immunitet vaksinasiya hesabına formalaşır. Süni immunitet orqanizmə anticisimlərin (zərdab) yeridilməsi, süni immunitet yaratmaq üçün isə immun sisteminin özünün hazırladığı öz anticisimləri vasitəsilə orqanizmə ölmüş, zəifləmiş və ya geni dəyişdirilmiş mikrobların yeridilməsi yolu ilə yaradılır.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, ümumi cərrah Namiq Novruzov "İmmunlaşma həftəsi" çərçivəsində ətraflı məlumat verib.
 
"Günümüzün ən aktual məsələlərindən biri də immunitetimizin möhkəmləndirilməsidir", - deyə bildirən həkim qeyd edib ki, COVID-19 xəstəliyi immuniteti zəif olan insanlarda daha ağır və fəsadlarla keçir, bir çox hallarda ölümlə nəticələnir. Yeni növ koronavirus insan orqanizminə düşərkən onun immun sistemi də digər infeksion xəstəliklərdə olduğu kimi, anticisim və immunoqlobulin hazırlamaqla reaksiya verir.
 
"COVID-19 üçün həmin anticisimlər xəstəliyin 7-14-cü günündə hazırlanır və bir qayda olaraq, infeksiyanın kəskin dövrünə düşür. Hazırlanmış anticisimlər orqanizmdə uzun müddət qalır. Bu onu göstərir ki, insan COVID-19-a qarşı təbii immunitet qazanıb. Bəs bu immunitet COVID-19 xəstəliyindən sağaldıqdan sonra hansı müddətə orqanizmdə qalır? Vaksinasiyadan sonra sabit immun cavabı orqanizmdə peyvənddən 42 gün sonra yaranır. Belə ki, peyvənd olunduqdan sonra insan orqanizmində anticisimlərin yüksək səviyyəsi, xəstəlikdən sonra olan səviyyədən də qat-qat yüksək səviyyədə yaranır və bu, həmin orqanizmi bir neçə il infeksiyadan qorumaq qabiliyyətinə malik olur", - deyə N.Novruzov vuröulayıb. 
 
COVID-19 xəstəliyindən qorunma yollarından da bəhs edən N.Novruzov tövsiyələrini diqqətə çatdırıb. Bildirib ki, tibbi maskalardan istifadə, sosial məsafə, gigiyenik qaydalara ciddi riayət etmək əsas şərtdir. Özünüzdə hər hansı narahatlıq: öskürək, temperatur, təngnəfəslik və s. hiss etdikdə, dərhal həkimə müraciət edin. Yuyulmamış əllərinizlə gözlərinizə, ağzınıza və burnunuza toxunmayın. İmmunitetiniz nə qədər möhkəm olarsa, təhlükəli viruslardan o qədər qorunmuş olarsınız.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?