Baş nefroloq: Həm xroniki böyrək, həm dializ alan, həm də transplantasiya olunan xəstələr vaksinasiya oluna bilər
27.04.2021 12:24

Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev COVID-19 risk qrupları, onların vaksinasiyası, yoluxmanın qarşısını almaq üçün görülməli tədbirlər və s. məsələrə aydınlıq gətirib. 

 

Aztibb.az həmin müsahibəni təqdim edir:

 

- Böyrək xəstələri COVID-19 risk qrupları sırasına aid edilirmi?

 

Xroniki böyrək xəstəlikləri, xüsusilə dializ müalicəsi alan və transplantasiya olunmuş xəstələr COVID-19 risk qrupuna aiddir.

 

- Böyrək xəstələri COVID-19-a qarşı hansı tədbirləri görməlidir?

 

Xəstəliyin vaxtında müalicə olunması üçün həkimə müraciət etməli, yanaşı olaraq şəkərli diabet və hipertoniya xəstəliyi varsa, onların dərman korreksiyasına nail olmalı, hər hansı simptom baş verərsə dərhal həkimə müraciət etməlidir.

 

- COVID-19-a qarşı risk dərəcəsinə görə kəskin və xroniki böyrək xəstələri arasında fərq varmı?

 

Həm kəskin, həm də xroniki böyrək xəstələri eyni dərəcədə COVID-19 risk qrupuna aiddir. Amma xroniki xəstəliyi olanlar daha çox həssas qrup hesab edilir.

 

- Böyrək xəstəliyi və COVID-19 müalicəsi necə aparılır?

 

Böyrək xəstəlikləri olan xəstələrdə COVID-19 infeksiyası baş verərsə, müalicə tədbirləri anoloji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir.

 

- Ən çox verilən suallardan biri, böyrək xəstəliklərindən əziyyət çəkən insanlar COVID-19-a qarşı peyvənd oluna bilərmi?

 

Həm xroniki böyrək xəstələri, həm dializ alan xəstələr, həm də transplantasiya olunanlar vaksinasiya oluna bilər və tövsiyə olunur. Lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır.

Xroniki böyrək xəstələri, dializ alan və transplantasiya olunan xəstələr xüsusilə məsuliyyətli olmalı, xəstəliyin ən az əlamətlərinə şübhə olduğu halda izolyasiya olunmalı və həkimə müraciət etməlidir. Əsasən də dializ olunan və transplantasiya əməliyyatı keçirmiş xəstələrdə daim immunodefisit vəziyyət olduğu üçün bu qrup xəstələrin ətraf ictimai mühitlə təmasları minimuma endirilməlidir.

ÇOX OXUNANLAR
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
Beyləqan RMX-nın tabeliyindəki kənd həkim və kənd tibb məntəqələrinin işçiləri tərəfindən ev ziyarətləri davam etdirilir
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib
 Yüksək riskli hamiləlik uğurla sonlandırıldı