Hormon tərkibli dərmanlardan istifadə edərkən diqqətli olun! – Bu şərtlərə əməl edilməlidir
26.04.2021 12:12

Hormon tərkibli (steroid)  məlhəmlərdən qız uşaqlarının cinsiyyət bölgəsinə tez-tez istifadə həmin nahiyənin örtük qatının nazilməsinə, tez infeksiyalaşmasına səbəb ola bilər. Bu səbədən daha diqqətli olmalıyıq.

 

Bu məsələ ilə bağlı həkim-pediatr Aytən İsmayılzadə sosial şəbəkədə paylaşım edib.

 

O, bildirib ki, sözügedən məlhəmlərdən geniş sahəyə, uzun müddət ərzində tətbiq etmək olmaz. Uşaqlar üçün bu, xüsusilə təhlükəlidir - yalnız həkim göstərişi ilə istifadə etmək olar.

 

Həkimin sözlərinə görə, bu məlhəmlərin tərkibindəki hormon maddə böyrəküstü vəz hormonunun sintetik törəməsidir. Kəskin allergik reaksiyada, atopik dermatit, ekzema zamanı tez təsir edən vasitə kimi əvəzolunmazdır. Amma az miqdarda, həm də çox nadir hallarda istifadə edilməlidir. Bəzi analar uşağı hər yuduqdan sonra “lorinden” məlhəmi ilə yağlayırlar. Bu, yolverilməzdir. Çunki uşaq dərisi nazikdir, tez hopdurandır və vurduğumuz məlhəm qana tez bir zamanda, çox miqdarda keçə, beləliklə, hormon maddəsi umumi sistemə təsir edə bilər. Əlbəttə, əgər az miqdarda istifadə edilərsə, bu hal baş verməz. Yerli olaraq az miqdarda, amma uzun müddətdə istifadə isə ona görə olmaz ki, yan təsirlər baş verə bilər. Bunlara aiddir:

 

- dəridə əlavə damar ulduzcuqlarının yaranması;

- atrofiyalaşma, yəni selikli qişada ya dəridə nazilmə;

- atrofiya nəticəsində yaraların, xoraların yaranması;

- hiperpiqmentasiya, yəni rəng tündləşməsi;

- hipopiqmentasiya, yəni rəngin açılması;

- hirsuitizm, yəni tüklənmə;

- stria, yəni dəridə cırılmalar;

- infeksiyalaşmalar.

 

Qeyd edilməlidir ki, hormonal tərkib yerli immuniteti zəiflədir. Ona görə infeksiya mənşəli, iltihab olan nahiyələrdə istifadə edilməməlidir.

 

Butun bu sayılan yan təsirləri zamanla müşahidə etmək olar. Lakin atrofiyanı görmək mümkün deyil. Ona görə deyilənlərə əməl etmək vacibdir.

 

Bu kimi məlhəmlərdən istifadə xüsusi qayda ilə olur və ölçü meyarı olaraq barmaq ucu götürülür. Bir barmaq ucuna çəkilən məlhəm FTU (Finger Tip Unit), yəni barmaq ucu vahidi kimi dəyərləndirilir:

 

- üz və boyun üçün 2.5 BV

- gövdə önu 7 BV

- gövdə arxası 7 BV

- qol üçün 3 BV

- əl 1 BV

- bir ayaq 6 BV

- pəncə 2 BV

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?