“Əczaçılığın müasir problemləri” mövzusunda V beynəlxalq elmi konqres keçirilib
23.04.2021 14:52
XX əsri Azərbaycanda əczaçılığın inkişafında intibah dövrü hesab etmək olar. Çünki bu yüzillikdə ölkəmizin əczaçılıq sahəsində əhəmiyyətinə görə bənzəri olmayan hadisə baş verib - Azərbaycanda əczaçılıq sahəsində ali təhsilin bünövrəsi qoyulub.
Aztibb.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli “Əczaçılığın müasir problemləri” mövzusunda V beynəlxalq elmi konqresin açılış mərasimindəki çıxışında bildirib.
O, bildirib ki, 1938-ci ildə ölkəmizdə Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təşkil olunub. Keçmiş SSRİ-nin türkdilli respublikaları, həm də qonşu Türkiyə və İranla müqayisədə ali əczaçılıq təhsili üzrə ilk qurum məhz Azərbaycanda yaradılıb və sonradan müharibənin başlaması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Tibb Universiteti Əczaçılıq fakültəsinə çevrilib.
"Respublikamızda əczaçılıqla məşğul olan mütəxəssislərin demək olar, hamısı ATU-nun Əczaçılıq fakültəsinin yetirmələridir. İndiyədək bu fakültənin 6 mindən çox məzunu olub və onlar əsasən müalicə-profilaktika müəssisələrində işləyirlər. Bu fakültə respublikamızla yanaşı, digər ölkələr üçün də ali təhsilli əczaçılar və elmi pedaqoji kadrlar hazırlayıb. ATU-nun Əczaçılıq fakültəsi ölkəmizdə bu sahədə yeganə elmi tədqiqat mərkəzinə çevrilib. Elmi tədqiqat işlərinin yerinə yetirilməsi üçün Əczaçılıq kimyası kafedrasının nəzdində müasir əczaçılıq laboratoriyası qurulub. Ölkəmizdə əczaçılıq sənayesinin yaradılması və inkişafında da fakültənin və onun hazırladığı kadrların böyük rolu olub”, - deyə rektor əlavə edib.
Professor Gəray Gəraybəyli ATU-nun yaradılmasının 90, ali əczaçılıq təhsilinin 80 illik yubileylərinə həsr olunmuş elmi konqresin işinə uğurlar arzulayıb.
Sonra Səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək son əsr ərzində Azərbaycanda əczaçılığın inkişafından danışıb, əczaçı kadrların hazırlanmasında yubileyi qeyd olunan fakültənin rolunu qeyd edib. Bildirib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən apteklərin sayı 2900-a çatıb. Topdansatış müəssisələrinin sayı 100-dən çoxdur. Yeni əczaçılıq müəssisələri yaradılır: "Əgər 1998-ci ildə Azərbaycanda yalnız bir dərman istehsalı şirkəti var idisə, indi onların sayı dəfələrlə çoxdur. Hətta xarici ölkələrdən Azərbaycana dərman istehsalı sahəsində investisiya qoymaq istəyən şirkətlərin də marağı artır”.
Səhiyyə nazirinin müavini qeyd edib ki, bu gün Səhiyyə Nazirliyi istehsalçıdan istehlakçıya kimi dərman vasitələrinin keyfiyyətinə və effektivliyinə nəzarəti həyata keçirir. Bu istiqamətdə işlər daim təkmilləşdirilir. E.Ağayev bildirib ki, ATU-da son illər aparılan islahatlar əczaçılıq təhsilinin gələcək inkişafına müsbət təsir göstərəcək.
Daha sonra ATU-nun Əczaçılıq kimyası kafedrasının müdiri, Azərbaycan Əczaçılar Assosiasiyasının sədri Tahir Süleymanov ölkəmizdə bu sahənin tarixi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, zəngin təbii şəfaverici faktorlara və Şərq təbabəti təcrübəsinə əsaslanan Azərbaycan əczaçılığı dərin qədim köklərə malikdir. Hələ Qafqaz Albaniyası dövründə hazırlanmış məlhəmlərin və cövhərlərin Roma imperiyasına xaric edilməsinə dair saziş imzalanmışdı.
T.Süleymanov ölkəmizdə ilk dəfə olaraq 1850-ci ildə Bankə qəsəbəsində aptek yaradıldığını xatırladıb. O, əczaçılığın keçdiyi inkişaf mərhələlərindən də söz açıb.
Açılış nitqlərindən sonra “Əczaçılığın müasir problemləri” mövzusunda V beynəlxalq elmi konqres işinə başlayıb.
Tədbirdə əczaçılıq elminin bütün sahələri, eləcə də yeni dərman vasitələrinin yaradılması istiqamətində aparılan elmi-tədqiqat işləri, həmçinin praktik əczaçılığın maraq dairəsində olan problemli məsələlər müzakirəyə çıxarılıb.
Konqresdə Türkiyənin Lokman Həkim Universitetinin rektoru, prof. Bülent Gümüşel, AMEA-nın birinci vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, Özbəkistanın S.Y.Yunusov adına Təbii Maddələrin Kimyası İnstitutunun direktoru, prof. Şamansur Saqdullayev, Fransanın Marsel Universitetinin Əczaçılıq fakültəsinin Farmakoqnoziya və etnofarmakologiya kafedrasının müdiri, prof. Evelyne Ollivier, Kiprin Yaxın Şərq Universiteti, Səhiyyə Elmləri İnstitutunun müdiri, prof. K.Hüsnü Can Başer, Tbilisi Dövlət Tibb Universitetinin Əczaçılıq fakültəsinin dekanı Ana Chincharadze, ABŞ-ın Cənubi Florida Universitetinin Əczaçılıq fakültəsinin dekan müavini, prof. Yashmant Pathak, Təbriz Tibb Elmləri Universitetinin Kliniki farmakologiya kafedrasının müdiri, Dr. Haleh Rezaee və digər iştirakçılar müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Beynəlxalq tədbirdə dərman vasitələrinin standartlaşdırılması və keyfiyyətinə nəzarət, yeni dərman maddələrinin sintezi, əczaçılıq sənayesi məhsulları və istehsalın sertifikatlaşdırılması kimi mövzularda müzakirələr aparılıb. Bundan başqa, "Müasir dərman formalarının hazırlanma texnologiyası", "Biotexnoloji və immunobioloji istehsalın müasir texnologiyaları", "Əczaçılıq biotexnologiyası", "Təbii mənbələrdən bioloji fəal maddələrin alınması və tədqiqi", "Əczaçılıq toksikologiyası", "Zəhərli təsirə malik birləşmələrin kimyəvi-toksikoloji tədqiqi" və s. mövzularda məruzələr dinlənilib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

