Azərbaycanda neonatoloji xidmətin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub
23.04.2021 12:33
TƏBİB-in "Neonatoloji xidmətin yaxşılaşdırılması, şəhər və rayonlarda neonatal ölümün azaldılması üzrə İşçi Qrupu"nun ilk iclası keçirilib.
 
Aztibb.az xəbər verir ki, iclasda TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı tibbi xidmətlərin keyfiyyətinin artırılması və səhiyyə sahəsindəki islahatların uğurla davam etdirilməsi üçün beynəlxalq təcrübəyə malik gənc kadrların rolunun vacibliyini qeyd edib.
 
Ramin Bayramlı layihənin davamlılığı ilə bağlı cari məsələlərdən bəhs edib. O, işin daha səmərəli təşkili və səhiyyə xidmətlərinin təkmilləşdirilməsi üçün bu sahədə çalışan mütəxəssislərin layihəyə cəlb olunmasının, daha keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bölgələrdə tibbi cihaz avadanlıqlarına olan ehtiyacların öyrənilməsinin və tibbi diaqnostik müalicəvi protokollarının hazırlanmasının prioritet məsələlərdən olduğunu bildirib.
 
Daha sonra TƏBİB-in Tibbi xidmətlər departmentinin rəhbəri Firəngiz Əliyeva İdarə Heyətinin sədrinə işçi qrupunun üzvlərini təqdim edib və neonatal xidmətlə bağlı həlli vacib məsələlər barədə danışıb.
 
İşçi qrupunun rəhbəri, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev neonatoloji xidmətin yaxşılaşdırılması, şəhər və rayonlarda neonatal ölümün azaldılması məqsədilə hazırlanan fəaliyyət planını sədrə təqdim edib. A.Musayev layihədə iştirak edən hər bir həkimin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.
 
Görüş ölkədə neonatoloji xidmətin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin müzakirəsi ilə davam etdirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub