Nigar Bayramova: "İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində erkən yaşlı uşaqlara tibbi xidmətlər göstərilir"
23.04.2021 09:09
Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “Erkən uşaqlıq dövründə inkişaf (EUDİ) və Azərbaycanda milli EUDİ kampaniyası"nın təqdimat mərasimi keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova da iştirak edib.
 
N.Bayramova bildirib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində erkən yaşlı uşaqlara tibbi xidmətlər göstərilir. Uşaqların profilaktik tibbi müayinələrinin, Milli Peyvənd Təqviminə əsasən immunizasiya tədbirlərinin aparılması təşkil olunur. Eləcə də ailə həkimləri tərəfindən ana südü ilə qidalanmanın əhəmiyyəti barədə maarifləndirmə işi həyata keçirilir.
 
Onun sözlərinə görə, uşaqlarda tez-tez rast gəlinən tənəffüs və həzm sisteminin xəstəlikləri, anadangəlmə ürək qüsurlarının müalicəsi də Xidmətlər Zərfi çərçivəsində qarşılanır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub