ATU-nun Əczaçılıq fakültəsinin dekanı tələbələrin suallarını cavablandırıb
19.04.2021 17:38
Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin rəhbərliyi ilə tələbələrin onlayn formatda növbəti görüşü keçirilib. Aztibb.az xəbər verir ki, görüşdə fakültənin dekanı, dosent Kamandar Yaqubov tələbələrin onlayn dərslərə qoşulması, diskusiyalarda iştirakı ilə bağlı müəllimlərin iradlarını səsləndirib.
 
Qeyd olunub ki, bu il martın sonundan etibarən 1-3-cü kurslarda aralıq qiymətləndirmənin başlanmasına baxmayaraq bəzi tələbələr texniki problem yaşayırlar. K.Yaqubov qeyd edib ki, belə tələbələrin müraciətləri araşdırıldıqdan sonra onlara təkrar imkan yaradılıb. Fakültə dekanı tələbələrə sərbəst işləri vaxtında təqdim etməyi tövsiyə edib.
 
Daha sonra tələbələr tədris prosesinin gedişatı ilə bağlı bəzi məsələlər haqqında fikirlərini səsləndiriblər. Həmçinin onların mühazirələrin videoçarx şəklində təqdimatı, yerli və əcnəbi tələbələr üçün dərs vəsaiti, imtahanların təşkili və s. ilə bağlı sualları cavablandırılıb.
 
Növbəti görüşdə buraxılış kursunun imtahan sualları ilə bağlı məsələnin müzakirəyə çıxarılmasının məqsədəuyğun olduğu qeyd olunub.
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə