Beynəlxalq əlaqələr üzrə koordinatorların ilk toplantısı keçirilib - ATU
14.04.2021 15:15
Azərbaycan Tibb Universitetinin (ATU) beynəlxalq əlaqələr üzrə koodinatorlarının ilk iclası keçirilib.
Aztibb.az xəbər verir ki, iclasda ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev beynəlxalq əlaqələr üzrə koordinator ictimai vəzifəsinin təsis edilməsi haqqında məlumat verib. Bildirib ki, universitetin Böyük Elmi Şurasının 25.02.2021-ci il tarixli iclasının qərarına əsasən, ATU-nun bütün kafedraları, 4 tədris klinikası, Elmi-tədqiqat mərkəzi və Əsaslı kitabxana üzrə beynəlxalq əlaqələr üzrə koordinator vəzifəsi təsis olunub. Məqsəd son illərdə daha da genişlənməkdə olan beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətin idarə olunmasının təkmilləşdirilməsi, sistemləşdirilməsi və beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsidir.
Prorektor Orxan İsayav qeyd edib ki, görüləcək işlərin əhəmiyyətini və xarakterini nəzərə alaraq, bu vəzifəyə əsasən beynəlxalq təcrübəyə malik və xarici dil biliyi lazımi səviyyədə olan əməkdaşlar təyin olunublar.
O, öz təqdimatında universitetinin beynəlxalq əlaqələr ofisinin strukturu və iş fəaliyyəti, ATU-nun beynəlxalq əlaqələri, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə” Dövlət Proqramı, o cümlədən Avropa ittifaqının "Horizon-2020/Horizon Europe" proqramları və digər beynəlxalq layihələr barədə məlumat verib. Həmçinin ATU-nun rektoru, professor Gəray Gəraybəylinin göstərişi ilə yaradılmış international.amu.edu.az veb-portalının yaxın zamanlarda təqdimatının keçirilicəyini bildirib.
Sonda Orxan İsayev fəaliyyət istiqamətləri üzrə qarşıya qoyulan tələbləri koordinatorların diqqətinə çatdırıb, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov isə çıxışında beynəlxalq əlaqələr üzrə koordinatorlarla əlaqələrin qurulması, müvafiq struktur vahidləri ilə koordinasiyanın təşkili, bu sahədə mövcud problemlər və onların aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışıb.
İclasda ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, baş müəllim Nigar Ələkbərova, mübadilə proqramları üzrə koordinator, assistent Aygün Bayramova da iştirak ediblər.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

