“Aşpaz və həkimlər COVID-19 virusuna qarşı” adlı tədbir keçirilib - Fotolar
13.04.2021 10:39
Aprelin 12-də Azərbaycanın Milli Kulinariya Mərkəzinin dəstəyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) təşkilatçılığı ilə Abşeron Modul Tipli Xəstəxanada koronavirusla mübarizə aparan həkimlər üçün “Aşpaz və həkimlər COVID-19 virusuna qarşı” adlı tədbir keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti, "Kulina" jurnalının baş redaktoru Tahir Əmiraslanov, Abşeron Modul Tipli Xəstəxananın rəhbəri, həkim-cərrah Oruc Şəfiyev və xəstəxananın həkim heyəti iştirak edib.
 
Tədbirdə çıxış edən Oruc Şəfiyev Vətən müharibəsində şərəfli fəaliyyəti ilə tarixə düşən Azərbaycan həkimlərinin virusla mübarizə çərçivəsində də əzmlə çalışdığını və bu cəhbədə də qalib gələcəklərinə əmin olduğunu bildirib.
 
Daha sonra çıxış edən AMKM-nin prezidenti Tahir Əmiraslanov Vətən müharibəsində və virusla mübarizədə göstərdikləri xidmətə görə həkimlərə təşəkkürünü bildirib. Bu gün keçirilən aksiyanın əsas məqsədinin həkimləri ruhlandırmaq və onların fəaliyyətinə təşəkkür etmək olduğunu qeyd edib. T.Əmiraslanov 44 günlük Zəfər müharibəsində aşpazların da yaxından iştirak etdiyini və qəhrəman vətən övladlarının xidmətində dayandığını qeyd edib.
 
Sonda göstərdikləri xidmətə görə bir qrup həkimə AMKM-nin təşəkkürnamələri təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub