Akademik Cəmil Əliyev MDB və Avrasiya ölkələri onkoloqları və radioloqlarının XII qurultayında iştirak edib
12.04.2021 11:14

Aprelin 7-də MDB və Avrasiya ölkələri onkoloqları və radioloqlarının XII qurultayı onlayn formatda işə başlayıb.

 

İki gün davam edən tədbirdə dünyanın hər yerindən onkologiya, radiologiya, şüa terapiyası, cərrahiyyə və digər əlaqəli sahələr üzrə 5 mindən çox aparıcı mütəxəssis iştirak edib.

 

Aztibb.az xəbər verir ki, qurultay MDB ölkələrinin Onkologiya və Radiologiya Mərkəzləri və İnstitutlarının Direktorları Assosiasiyasının (ORIDA) 25 illiyinə həsr olunub.

 

Açılış mərasimində Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, Rusiya Prezidenti Vladimir Putinin qurultay iştirakçılarına təbrik məktubunu səsləndirib.

 

Tədbirdə çıxış edən Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev onkologiya sahəsində ölkələrarası əməkdaşlığın vacibliyini vurğulayıb, qurultayın işinə uğurlar arzulayıb.

 

Qurultayda nümayəndələrə MDB üzvü olan dövlətlərin onkologiya sahəsində əməkdaşlığının inkişafındakı nailiyyətləri barədə xüsusi broşur təqdim olunub. Həmçinin Assosiyasiyanın yaranma tarixi ilə bağlı yubiley videosu nümayiş etdirilib.

 

Tədbirdə Azərbaycan Milli Onkologiya Mərkəzinin Baş boyun cərrahiyyəsi şöbəsinin cərrahı, professor Əziz Əliyev “Baş və boyun şişlərində proqnostik amillər”, Onkourologiya şöbəsinin rəhbəri Fuad Quliyev “Azərbaycan Respublikasında onkoloji xidmətin təşkili “ və “PBRM 1 və BAP 1 genetik markerlərin radikal nefrektomiya sonrası uzaq nəticələrin proqnozlaşdırılmasında əhəmiyyəti”, Abdominal onkologiya şöbəsinin cərrahı Rəşad Zeynalov “Mədə xərçəngi üçün birləşmiş əməliyyatların nəticələri”, Onkoginekologiya şöbəsinin rəhbəri Şəmistan Alıyev “Endometrial xərçəngdə sentinel limfa düyünlərinin rolu”, Uşaq onkologiyası şöbəsinin rəhbəri Reyman İsmayılzadə “Azərbaycanda neyroblastoma müalicəsinin ilk təcrübəsi”, Onkokoloproktologiya şöbəsinin rəhbəri Yusif Əliyarov “Neoadyuvant radiokimyaterapiyadan sonra tam klinik cavab olan düz bağırsaq xərçəngi xəstələrində Wait and Watch protokolunun tətbiqi”, Nüvə təbabəti bölməsinin müdiri Fuad Novruzov “Onkologiyada nüvə diaqnostikası və radionuklidlərlə müalicə” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Bundan başqa, Ümumi onkologiya şöbəsinin həkimi Samir Qurbanovun “Süd vəzi xərçəngində onkoplastik və rekonstruktiv əməliyyatların rolu”, Ümumi onkologiya şöbəsinin həkimi Cavid Qaribovun “Bədxassəli neoplazmalar olan xəstələrdə süd vəzinin rekonstruksiyası”, Endoskopiya şöbəsinin həkimi Nigar Əliyevanın “Şüa terapiya sonrası proktitlərin endoskopik diaqnozu və müalicəsi”, Şüa diaqnostika şöbəsinin həkimi Anar Kazımovun “Maqnit rezonans görüntüləmənin mərhələlənmədə imkanları”, Uşaq kimyaterapiya şöbəsinin rəhbəri Günel Ələskərovanın “Uşaqlarda kəskin limfoblast leykoz müalicəsinin nəticələri”, Uşaq kimyaterapiya şöbəsinin həkimi Nailə Məmmədovanın “Medulloblastomanın proqramlaşdırılmış müalicəsinin nəticələri”, Uşaq klinikasının həkimi Leyla Xələfovanın “Uşaqlarda nazofarinks karsinomasının müalicəsi” mövzusunda məruzələri dinlənilib.

 

Həmçinin qurultay çərçivəsində professor Əziz Əliyev “Baş və boyun şişləri”, professor İsa İsaev “Nüvə təbabəti və şüa terapiyası”, Fuad Quliyev “Onkourologiya”, Azər Əliyev “Mədə xərçəngi”, Rasim Zeynalov “Kolorektal xərçəng”, Yusif Əliyarov “Kolorektal xərçəng”,  Şəmistan Alıyev “Onkoginekologiya”, Reyman İsmayılzadə “Uşaq onkologiyası”, Fuad Novruzov “Nüvə təbabəti və şüa terapiyası” sessiyalarının rəhbərləri kimi iştirak ediblər.

 

Qurultayın açılış mərasiminin videosu ilə aşağıdakı linkdən tanış olmaq olar:

 

https://scientificrussia.ru

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Revmatoid artritlə mübarizədə ümidverici yeni vasitə aşkar edilib
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir   
Təcrübəli həkim Nərgiz Kərimova Milli İdman Tibb və Reabilitasiya İnstitutunda işə başlayıb