Alimlər qida rasionunda bitki pəhrizinə üstünlük verməyi təklif edirlər
16.08.2020 13:20

Bitki mənşəli məhsulların üstünlük təşkil etdiyi pəhrizə keçid təkcə insanın sağlamlığı üçün deyil, həm də ətraf mühit üçün faydalıdır. Lakin qida rasionuna dair milli tövsiyələrin əksəriyyəti hələlik bu yanaşmaya uyğun gəlmir.

 

Aztibb.az BMT-nin məlumatına istinadla bildirir ki, milli pəhrizə aid tövsiyələrin təhlilinə və onun insan sağlamlığına və ətraf mühitə təsirinə həsr olunmuş tədqiqatın ilk nəticələri təqdim olunub. Bu analiz dünyanın 85 ölkəsində aparılıb.

 

Məsələ ilə bağlı araşdırmalar aparmış Oksford, Harvard, Taftsa və Adelaide universitetlərinin alimləri hesab edirlər ki, ərzaq məhsullarının istehsalı ətraf mühitə daha çox dağıdıcı təsir göstərir. Bu baxımdan qida rasionunda bitki pəhrizinə üstünlük verilməsi, torpaqdan istifadəyə, şirin suyun çıxarılmasına və biogeokimyəvi axınlardan (gübrələrdən) istifadəyə məhdudiyyətlərin tətbiq edilməsi ətraf mühitə dağıdıcı təsirin gücünü azalda bilər. Araşdırmanın nəticələri 2020-ci ilin iyulunda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit üzrə Proqramının (UNEP) himayəsi altında nəşr edilib.

 

Ekspertlər hökumətlərə heyvan mənşəli məhsulların, o cümlədən mal və süd məmulatlarının istifadəsinin məhdudlaşdırılmasına dair daha dəqiq tövsiyələr dərc etməyi təklif edirlər.

 

“Meyvə və tərəvəzin az, qırmızı və emal olunmuş ətin isə yüksək miqdarda olduğu pəhrizlər ümumilikdə dünyada və regionların əksəriyyətində insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Çünki ürək-damar xəstəlikləri, ikinci tip xərçəng və diabet kimi qeyri-sağlam qidalanma ilə bağlı xroniki xəstəliklər bahalı müalicə tələb edir”, - deyə məruzədə bildirilir.

 

Bu gün qlobal istixana qazlarının bütün emissiyalarının dörddə biri kənd təsərrüfatının payına düşür. Koronavirus pandemiyasına qədərki dövrdə insanların gəlirlərinin yüksək olması mal və süd məhsullarından daha çox istifadə edilməsinə gətirib çıxarıb. Həmin məhsulların istehsalının əsasən CO2 və metan emissiyalarının artmasına səbəb olması alimləri ciddi narahat edir.

 

UNEP zəngin ölkələri heyvan mənşəli ərzaqdan və yüksək səviyyədə hazırlanan qida məhsullarından həddindən artıq istifadə edilməsini məhdudlaşdırmağa və ən yoxsul ölkələrdə insanların sağlam qidalanması üçün əlverişli şərait yaratmağa çağırıb. Onların fikrincə, yalnız bu yolla torpaqdan istifadənin səmərəliliyini artırmaq və bütün dünyada qida bolluğu yaratmaq mümkündür.

 

UNEP nümayəndəsi Niklas Hagelberq xatırladıb ki, istixana qazlarının emissiya səviyyəsi əsasən hansı yeməklərə üstünlük verməyimizdən asılıdır və təkcə hökumətlərin verdiyi tövsiyələr və qidalanma qaydaları bu problemin həlli üçün kifayət etməyəcək. Onun fikrincə, ölkənin kənd təsərrüfatı strategiyasına uyğun məqsədyönlü və ardıcıl siyasətin aparılması bu gün daha vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır