Tibb işçiləri üçün maarifləndirici tədbirlərə start verilib
10.04.2021 23:21

Naxçıvan Muxtar Respublikasının Kəngərli, Şərur, Babək və Şahbuz Rayon Mərkəzi xəstəxanalarında hepatit B, C və qanla keçən virus xəstələrinin müayinəsi, müalicəsi və profilaktikası tədbirlərinin daha da yaxşılaşdırılması üzrə maarifləndirici tədbirlər keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, maarifləndirici tədbirlər keçirilməsi ilə bağlı məsələ Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin ötən ay keçirilmiş kollegiya iclasında müzakirə olunub, müvafiq qərar qəbul edilib. Hər ay bölgələr üzrə aşkar olunan virus B və C hepatitli, eləcə də qanla keçən digər ilkin xəstələr haqqında ərazi Gigiyena və Epidemiologiya şöbələrinə müntəzəm məlumat verilir. Hepatit B, C və qanla keçən virus xəstələrinin müayinəsi, müalicəsi və profilaktikası səhiyyə müəssisələrinin fəaliyyətində üstün istiqamət təşkil edir.

 

Maarifləndirici tədbirlərdə çıxış edən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkimlərindən Adil İbrahimov bildirib ki, bütün dövlət və özəl tibb müəssisələrində xəstələrdə hepatit B və C virusunun, eləcə də qanla keçən digər infeksiyaların ilkin olaraq ekspres metodla müayinələrinin aparılmasına nəzarət daha da gücləndirilib. Qanla təmasda olan tibb heyətinin qorunması məqsədilə onlara qrafikə uyğun hepatit B virusuna qarşı peyvəndin vurulması işinə ciddi nəzarət edilir.

 

Mərkəzin həkimləri Xədicə Qazıyeva dəri-zöhrəvi xəstəliklərindən qorunma yolları, Məlahət İsmayılova isə laborator-diaqnostik müayinə üsulları və kart testlərinin tətbiqi barədə məlumat veriblər.

 

Sonra tibb işçilərinin qanla təmasda olduqları laboratoriya və şöbələrə, əməliyyat otaqlarına, stomatoloji kabinələrə baxış keçirilib, monitorinq aparılıb, tövsiyələr verilib.

 

Qeyd olunub ki, Yoluxucu Xəstəliklər Mərkəzinin əsas təyinatı əhalini xəstəliklərə yoluxmamaları üçün vaxtında maarifləndirmə və profilaktik tədbirlərin aparılmasından ibarətdir. Muxtar respublikada bu işlərin görülməsi üçün geniş imkanlar vardır. Mərkəzdə fəaliyyət göstərən Yoluxucu xəstəliklər, QİÇS-lə mübarizə və Dəri-zöhrəvi xəstəlikləri şöbələri üzrə hər hansı bir xəstəlik aşkarlandığı zaman həmin xəstələr dərhal qeydiyyata alınaraq müalicəyə cəlb olunurlar. Rayon xəstəxanalarında da yoluxucu xəstəliklərin qarşısının alınması düzgün diaqnozun qoyulmasına nəzarəti gücləndirmək məqsədilə müəyyən işlər görülür.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub