"Orqan bağışlanması problemi və tranplantasiya" mövzusunda ELMİ KONFRANS keçiriləcək
10.04.2021 11:44
20 aprel 2021-ci il tarixində tibb elmləri doktoru Fəxrəddin Cavadovun 70 illik yubileyinə həsr olunmuş "Orqan bağışlanması problemi və tranplantasiya" mövzusunda elmi konfrans keçiriləcək.
 
Aztibb.az xəbər verir ki, tədbir Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə baş tutacaq. 
 
Hazırda Azərbaycan müasir tibbin ən sürətli inkişaf edən sahələrindən biri olan transplantalogiya üzrə istər əməliyyatdan sonra müsbət nəticələrin əldə olunması, istərsə də ölüm faizlərinin və fəsadlaşma göstəricilərinin aşağı səviyyədə olmasına görə MDB ölkələri içərisində söz sahibi olacaq bir səviyyədədir. Sevindirici haldır ki, EURO-Trans adlandırılan Avropanın bütün statistik nəticələrini bir araya toplayan beynəlxalq təşkilatına görə transplantologiya sahəsi ilə bağlı Azərbaycanın adı ön sıralardadır.
 
Bu uğurda Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı transplantaloji cərrahi briqadasının da öz rolu vardır. Belə ki, məhz Mərkəzi Gömrük Hospitalında eyni seansda iki mürəkkəb əməliyyat - 5 yaşlı uşaq üzərində koronar by-pass əməliyyatı və qaraciyər transplantasiyası əməliyyatı uğurla icra edilmişdir.
 
Lakin ölkəmizdə yalnız canlıdan-canlıya böyrək və qaraciyər köçürülməsi əməliyyatları icra edildiyindən donor çatışmazlığı ilə bağlı mövcud problemlər hələ də mövcuddur. Bu problemlər eyni zamanda meyiddən köçürülməsi mümkün olan ürək, ağciyər və digər orqanların transplantasiyası məsələlərinin də icra edilə bilməməsinə gətirib çıxarır.
 
Bu baxımdan aprelin 20-də cəmiyyətin diqqətini bu məsələyə cəlb etmək və problemin həll yollarını araşdıraraq müvafiq sahənin inkişafına töhfə vermək məqsədilə həyata keçiriləcək konfransda yerli və beynəlxalq mütəxəssislər tərəfindən "Ölkəmizdə orqan transplantasiyasında 10 illik təcrübə", "Orqan və toxuma transplantasiyası işinin inkişafında orqan bağışlanması və mərkəzləşdirilmiş koordinasiya xidmətinin əhəmiyyəti. Bu sahədə Türkiyə təcrübəsi", "Beyin ölümü diaqnozu kriteriyaları: diaqnoz necə və kim tərəfindən qoyulmalıdır?”, "Orqan bağışlanması: psixoloji faktorlar; problemlər, perspektivlər", "Zəif nöqtəmiz haradadır? Problemə tibbi, hüquqi, etik, iqtisadi və sosial baxış" mövzularında ümumilikdə 5 çıxış dinləniləcək, eyni zamanda dinləyicilərin sualları cavablandırılacaq.
 
Tədbir saat 12:00-dan 14:00-dək davam edəcək və iştirak edən hər kəsə sertifikat veriləcək.
 
Konfransda iştirak ödənişsizdir.
 
Qeydiyyatdan keçmək üçün link ↪
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub