ATU-nun Tədris Terapevtik Klinikasında Behçet xəstəliyinə dair seminar keçirilib
09.04.2021 09:45
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Behçet xəstəliyinə həsr olunmuş seminar keçirilib.
Toplantıda universitetin Tədris Terapevtik Klinikasının Revmatologiya və Qastroenterologiya şöbəsinin müdiri, ATU-nun Daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru Sahib Musayev çıxış edərək xəstəlik haqqında ətraflı məlumat verib. O, bildirib ki, vaxtında düzgün müayinə və müalicə aparılmadıqda Behçet xəstəliyi görmə qabiliyyətinin itirilməsinə də səbəb ola bilir.
"Behçet xəstəliyi Asiya irqinə mənsub insanlar arasında geniş yayılıb. Qanında HLA-B(5) 51 antigeni olan insanlar monitorinqə cəlb olunub nəzarətdə saxlanılmalıdır, - deyə bildirən Sahib Musayev diaqnozun vaxtında qoyulmamasının insanda görmə qabiliyyətinin itirilməsi ilə nəticələndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Behçet xəstəliyi əsasən ağızda avtoz xoralar, xarici cinsiyyət orqanlarında müəyyən xoralı dəyişikliklər, dəridə eritema nodozum, pustulyoz və oynaqlarda dəyişikliklərlə xarakterizə olunur. Eləcə də vaxtında diaqnoz qoyulmadıqda gözdə də ciddi dəyişikliklər baş verir.
Professor Sahib Musayev diaqnozun vaxtında qoyulduğu və adekvat müalicə aparıldığı təqdirdə xəstələrin uzun müddət remissiya və əmək qabiliyyətini saxlaya biləcəyini vurğulayıb.
Daha sonra seminarda Revmatologiya və Qastroenterologiya şöbəsinin III kurs rezidenti Sevin Həsənzadə "Çarpaz Birləşdirici Toxuma Xəstəliyi" mövzusunda çıxış edib. Bildirib ki, Overlap sindromunda xəstədə görülən diaqnostik əlamətlər iki və ya daha çox klassik autoimmun revmatik xəstəliklərinə aid ola bilər: "Hər iki xəstəliyin əlamətləri eyni dərəcədə görülə bilər və ya biri o birindən daha üstün ola bilər. Simptomları ANA və Anti ds DNT yüksək titrda pozitiv görülür. Əllərdə daha çox oynaq ağrıları (sinovit) və yumşaq (puffy) şişkinlik, əzələ ağrıları (miozit), soyuqda və stres zamanı barmaqların ağarması, göyərməsi, qizarması (Reyno fenomeni), barmaq dərisində sərtləşmə və qalınlaşma, hərarət, çəki itkisi, halsızlıq müşahidə olunur".
S.Həsənzadə qeyd edib ki, birləşdirici toxuma xəstəliyinin müalicəsi xəstənin vəziyyətinə və zədələnmələrə görə dəyisir. Xəstəliyin əlamətlərini tezliklə aradan qaldırmaq və uzunmüddətli nəzarətdə saxlamaq üçün revmatik dərmanların təsiri başlayanadək kortikosteroid müalicəsi aparılmalıdır.
Seminarda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

