Məişət zorakılığına məruz qalmış şəxslərə tibbi yardım göstərilməsi ilə bağlı SEMİNAR keçirildi
05.04.2021 12:20
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə 3-4 aprel 2021-ci il tarixdə məişət zorakılığı ilə mübarizəyə dair onlayn seminar keçirildi.
 
Azərbaycan və Türkiyə mütəxəssislərinin iştirak etdiyi seminarın məqsədi məişət zorakılığının qarşısını almaq, onun qurbanlarını erkən aşkar etmək, zorakılığa məruz qalmış şəxslərə yardım göstərilməsi işini təkmilləşdirilmək, tibb işçilərinin bu istiqamətdə bilik və bacarıqlarını artırmaq idi.
 
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin psixoloqu Aysel Musayevanın moderatorluğu ilə baş tutan seminarda professor Zehra Arıkan (Qazi Universitetinin Tibb fakültəsi, Psixiatriya bölümü) “Zorakılıq və məişət zorakılığı nədir?” mövzusunda geniş təqdimatla çıxış etdi. Qazi Universiteti Tibb fakültəsinin Ruh sağlığı və xəstəlikləri bölümünün həkimi Hakan Aksu zorakılığın bioloji, psixososial, psixoiqtisadi, psixoloji və digər səbəblərindən söz açdı.
 
Qazi Universiteti Tibb fakültəsi xəstəxanasında Ruh sağlığı və xəstəlikləri bölümünün həkimi Melike Küçükkarapınar zorakılığın növləri barədə ətraflı məlumat verdi.
 
Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi, Təcili psixoloji yardım şöbəsinin həkimi Aydan İsmayılova iştirakçıların diqqətini məişət zorakılığı və şəxsiyyət pozuntularına, həkim-psixiatr Zeynep Kotan isə məişət zorakılığının yaratdığı problemlərə yönəltdi. “Genezis” Psixologiya Mərkəzinin direktoru, psixoloq Günel Aslanova COVID-19 pandemiyası dövründə məişət zorakılığı, “Nəfəs” Psixi Sağlamlıq Akademiyasının həkim-psixiatrı Əziz Mustafayev “Azərbaycanda məişət zorakılığı: reallıq və qanunlar” mövzusunda ətraflı məlumat verdilər.
 
Terapevt, pediatr, ailə həkimi, psixiatr və psixoloqların da iştirak etdiyi seminarda mövzu üzrə geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
 
Qeyd edək ki, seminar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və həkimlərin iştirakı 10 DTT kredit balı ilə qiymətləndirilmişdi.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub