Tanınmış həkim koronavirusu bitirməyin yolunu açıqladı: “5 həftə...”  
03.04.2021 13:37

"Bu koronavirusun öhdəsindən gəlmək olarmı? Əlbəttə! Üç həftə heç kəs evdən çıxmır və vəssəlam. Korona bununla da bitir”.

 
Aztibb.az xəbər verir ki, bunu tanınmış həkim Vasif İsmayıl deyib.
 
O, bildirib ki, amma xəstə olanlar var:
 
"Şəkəri olan var, dərman almalıdır. Aptekləri açaq? Onda ümumi 5 həftə deyək. Camaat çörək yeməlidir. Demək dəyirman, çörəkbişirmə zavodları və marketlər işləməlidir. Buna da əlavə 2 həftə, əslində isə çox uzun müddət. Bu hesabla evdə oturaraq bu mərətdən qurtara bilmərik. Hamının nəyəsə ehtiyacı var. Kimiləri məscid istəyir, kimiləri toyxana, kimiləri isə yas məclisi”.
 
V.İsmayıl ehtiyacları az da olsa sadələşdirməyi məsləhət görüb:
 
"Toy eləməyin, amma evlənin: 3 manat pul, bir kəllə qənd və bir molla.  Yas verməyin – "Whatsapp” qrupları var, "Allah rəhmət eləsin, ya da başın sağ olsun, qardaş!” yazın. Vəssəlam! Məscid axtarmayın, evinizdə moizə oxuyun. Zəmanə pisdir.  Dişinizi sıxın! Peyvənd təsirli olsa, toyxana da açılacaq, mərasim evi də, məscid də”.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib