Azərbaycan androloqlarının birinci vebinar-simpoziumu keçirilib - FOTO
03.04.2021 10:09

Azərbaycan androloqlarının birinci vebinar-simpoziumu keçirilib.

 

Aztibb.az xəbər verir ki, “Zoom” platforması üzərindən baş tutan tədbir “Sonsuzluq. Müasir yanaşmalar, müzakirələr” mövzusuna həsr olunub.

 

Urologiya və andrologiya üzrə mütəxəssisləri bir araya gətirən tədbiri giriş sözü ilə açan vebinarın sədri, tibb elmləri doktoru, professor İlham Əhmədov tədbir iştirakçılarını salamlayıb. O, urologiya elminin bir bölməsi olan andrologiyanın indiki dövrdə mühüm əhəmiyyət kəsb etdiyini bildirib, bugünkü tədbirin androloji problemlər sırasında xüsusi yer tutan sonsuzluğa dair müasir yanaşmaların müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb. İ.Əhmədov bu kimi vebinar simpoziumların mütəmadi olaraq keçirilməsinin nəzərdə tutulduğunu deyib və gündəlikdə duran məsələləri təqdim edib.

 

Vebinar-simpoziumda tibb üzrə fəlsəfə doktoru Fikrət Əhmədov “Varikoselin diaqnozu və müalicəsi. EAU guidelines” mövzusunda məruzə ilə çıxış edərək varikoselin kişi sonsuzluğunun əsas səbəblərindən biri olduğunu və sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 35-40%-də, ümumi populyasiyada isə 15-20% hallarda varikoselə rast gəlindiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, varikosel əsasən xayalarda şişkinlik, ağrı və sonsuzluq şikayəti ilə müraciət edən pasientlərdə müayinə zamanı aşkar edilir: “Varikoselin olması bəzi kişilərdə proqressiv testikulyar zədə yaradır ki, bu isə fertilliyin azalmasına səbəb olur. Varikosel olduğu xayanın atrofiyasına, ağrıya səbəb olur, uzun müddət ayaqda durduqda, ağır işlər gördükdə ağrılar arta bilir”.

 

F.Əhmədov əlavə edib ki, varikoseli olan yeniyetmələrin əksəriyyətinin cərrahi müdaxilə olmadan da sonradan uşaq sahibi olmaqda problemlərlə qarşılaşmırlar. Bu səbəbdən yalnız ciddi müayinə sonrası əməliyyata qərar verilməlidir.

 

Sonra həkim-cərrah Araz İbrahimov “Varikoselin mikroskopik müalicəsi” mövzusunda məruzə ilə çıxış edib. A.İbrahimov varikoselin yaranmasına səbəb olan amillərdən, onun kliniki əlamətlərindən və dərəcələrindən bəhs edib. Qeyd edib ki, skrotal müayinədə palpasiya olunan varikoselin olması, kişinin anormal semen parametrlərinə və ya sperm funksiya testlərinə sahib olması, xayada atrofiyanın müşahidə olunması və skrotal ağrının olması varikoselektomiyaya göstəriş hesab olunur. O, həmçinin varikoselektomiyanın ağırlaşmalarından bəhs edib, müalicə metodlarını diqqətə çatdırıb.

 

“Kişi sonsuzluğunun konservativ müalicəsi” mövzusunda məruzə ilə tibb üzrə fəlsəfə doktoru Cavid Baloğlanov çıxış edərək müasir dövrdə sonsuzluq hallarının 50 faizini kişi sonsuzluğunun təşkil etdiyini vurğulayıb. O, varikoselin yaranmasının qarşısını almaq üçün görüləcək tədbirlərdən danışıb. Bildirib ki, bunun üçün zəhərli məhsulların (pestisid və s.) qəbulu və istilik stressi (sauna, isti hamam), stress amili aradan qaldırılmalı, yuxu və qidalanma normallaşdırılmalıdır.

 

C.Baloğlanov hipo və hiperqonadotropik hipoqonadizmin müalicəsi, hiperprolaktinemiyanın səbəbləri, müalicəsi, eləcə də immunoloji sonsuzluq və cinsi yolların infeksiyaları barədə ətraflı məlumat verib.

 

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub