Reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi ilə bağlı onlayn toplantı olub
03.04.2021 10:04

Azərbaycanda reabilitasiya texnologiyaları sektorunun gücləndirilməsi sahəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə icrasına başlanan layihəyə dair maraqlı tərəflərin məlumatlandırılması və prosesə cəlb olunması məqsədi ilə onlayn toplantı keçirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, ÜST-ün Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məcilsin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və b. iştirak ediblər.

 

Toplantıda Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısının nəticəsi olaraq həmin şəxslərin reabilitasiya vasitələri ilə təminatının daim gücləndirildiyi vurğulanıb. Reabilitasiya vasitələri növlərinin siyahısına ötən il daha 23 yeni növün əlavə edildiyi, hazırda həmin siyahıda reabilitasiya vasitələri növlərinin 60-a yaxın olduğu qeyd edilib. Ölkəmizdə yüksək texnologiyalı protezlərlə və mühərrikli təkərli oturacaqla təminat proqramlarına başlandığı diqqətə çatdırılıb.

 

Əlillik sahəsində aparılan islahatlar qeyd olunub. Bu islahatlarda nazirliklə ÜST arasında əməkdaşlıq əlaqələrindən bəhs edilib. Azərbaycanda reabilitasiya vasitələri ilə təminat üzrə işlərin gücləndirilməsi sahəsində ÜST ilə əməkdaşlığı nəzərdə tutan yeni layihə barədə məlumat verilib.

 

Bildirilib ki, 2021-ci ili əhatə edən layihə köməkçi texnologiyalar (reabilitasiya vasitələri) üzrə ehtiyacların müəyyən edilməsi sahəsində tədqiqatların keçirilməsi işlərini nəzərdə tutur. Bu tədqiqatlar nəticəsində reabilitasiya vasitələrin növlərinin siyahısının daha da genişləndirilməsi üçün təkliflər hazırlanacaq.

 

Görüşdə layihə üzrə aparılacaq işlər barədə maraqlı tərəflərə ətraflı məlumatlar verilib, rəy və təkliflər səsləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub