Ramin Bayramlı Elmi Cərrahiyə Mərkəzinin həkim kollektivi ilə görüşüb
02.04.2021 20:47
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin rəhbər heyəti və həkim kollektivi ilə görüşüb.
 
Aztibb.az xəbər verir ki, görüşdə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev, Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva, Tibbi ərazi bölmələrinin koordinasiyası departamentinin rəhbəri Məcid Məsimov, Elmi-tədqiqat və təhsil departamentinin rəhbəri Elmir Bəşirov və Beynəlxalq əməkdaşlıq və Protokol şöbəsinin müdiri Ramin Ağayev iştirak edib.
 
İdarə Heyətinin sədri Ramin Bayramlı M.A.Topçubaşov adına Mərkəzin əməkdaşlarının COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində və Vətən müharibəsi zamanı göstərdikləri fədakarlığı yüksək qiymətləndirib və təşəkkürünü bildirib. Eyni zamanda R.Bayramlı aparılacaq səhiyyə islahatları barədə kollektivə məlumat verib, bu çərçivədə mərkəzin və digər elmi-tədqiqat institutlarının kadr hazırlığında müstəsna əhəmiyyətini vurğulayıb. Sədr aprelin 1-dən etibarən icbari tibbi sığortanın Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda tətbiqinə başlanması, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin verilməsinə dair cari məsələlər barədə danışıb.
 
Daha sonra Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev, Mərkəzin Kardio-cərrahiyyə şöbəsinin rəhbəri, professor Fazil Abbasov, Qaraciyər-ödyolları və mədəaltı vəz cərrahlığı şöbəsinin rəhbəri, professor Əliniyaz Məmmədov, Patomorfologiya laboratoriyasının rəhbəri, dosent Fikrət Əliyev, Anesteziologiya-reanimasiya şöbəsinin rəhbəri, professor Fuad Həsənov öz çıxışlarında görülən işlər, qarşıda duran vəzifələr və mərkəzin mövcud problemləri barədə TƏBİB-in rəhbər heyətinə məlumat verib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub