II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransının açılışı olub  
02.04.2021 17:11

Azərbaycan Respublikasının Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə aprelin 2-də II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransının açılışı keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

BP Azərbaycan və tərəfdaşları, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Sosial Xidmətlər Agentliyinin tərəfdaşı olduğu onlayn konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssislər, müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Səhiyyə nazirinin müavini Rahim Əliyev açılış mərasimində çıxış edərək bildirib ki, bütün dünyada, o cümlədən ölkəmizdə martın 29-dan aprelin 4-nə kimi Ümumdünya Autizm Maarifləndirmə Həftəsi qeyd edilir və bütövlükdə aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur. R.Əliyev bu maarifləndirilmə tədbirlərinin əsas məqsədinin əhalini, xüsusən gənc ailələri autizm haqqında daha ətraflı məlumatlandırmaq olduğunu vurğulayıb: “Autizm əlamətlərinin erkən yaşlarda aşkarlanması və müalicəyə cəlb olunması böyük əhəmiyyət daşıyır. Erkən müdaxilə autizm əlamətləri olan insanlara qabiliyyətlərini artırmağa, istedadlarını aşkarlamağa və onlara potensiallarından düzgün istifadə etməyə imkan yaradır”.

 

Konfransda iştirak edən hökumət və qeyri-hökumət nümayəndələrinin çıxışlarında qeyd olunub ki, autizm spektr pozuntularına ildən-ilə daha çox rast gəlinməsi bu sahədə daha geniş maariflənməni və cəmiyyətin bütün təbəqələrinin bu işdə fəallığını zəruri edir.

 

İkigünlük konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssis və ekspertlərin autizm spektr pozuntuları olan şəxslərdə müxtəlif bacarıqların inkişafını təmin edən “ABA” (Tətbiqi Davranış Analizi) terapiya üsulu ilə bağlı məruzələrinin dinlənilməsi və iştirakçıların suallarının cavablandırılması nəzərdə tutulub. Konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və iştirak edən həkimlər 14 DTT kredit balı ilə qiymətləndiriləcək.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakı 2012-ci ildən etibarən “Mavi işıqla işıqlandır” aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulub. Autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş bu aksiya Bakıda hər il daha geniş qeyd edilir və şəhərimizin bir neçə memarlıq abidəsi mavi rənglə işıqlandırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub