Tədris Cərrahiyyə Klinikasının əməkdaşları almaniyalı həmkarları ilə birgə seminar keçiriblər
30.03.2021 15:04

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası ilə Almaniyanın Heidelberq Universitetinin Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının əməkdaşlarının birgə iştirakı ilə növbəti seminar təşkil olunub.

 

Universitetin mətbuat xidmətindən bildiriblər ki, onlayn formatda keçirilən tədbir kolorektal cərrahiyyədə müasir yanaşmaların müzakirəsinə həsr olunub. Toplantıda bağırsaq xərçəngi ilə bağlı cərrahiyyənin yeni metodları, dünyada və ölkəmizdə kolorektal cərrahiyyənin vəziyyəti, bu sahədəki tibbin son yenilikləri haqqında müzakirələr aparılıb. ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev, ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri Elçin Ağayev və kafedranın əməkdaşı Elman Əzimov kolorektal cərrahiyyədə azərbaycanlı həkimlərin təcrübəsi haqqında çıxış ediblər. Hər iki tərəfdən iştirak edən mütəxəssislər kolorektal xəstəliklərin müalicəsində yeni yanaşmalar barədə fikirlərini açıqlayıblar.

 

Qeyd edək ki, tədbir Azərbaycan Tibb Universiteti və Almaniyanın Heidelberq Universitetinin Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikaları arasında imzalanmış memorandum çərçivəsində təşkil olunub. Bu sənəd hər iki klinikanın əməkdaşları arasında müxtəlif formatlı əməkdaşlığı nəzərdə tutur. Gələcəkdə ATU-nun Tədris Cərrahiyyə Klinikası ilə Almaniyanın Heidelberq Universitetinin Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının təmsilçilərinin birgə iştirakı ilə bu cür müzakirələrin davam etdirilməsi planlaşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub