“Qazilərə və şəhid ailələrinə psixo-sosial dəstək” mövzusunda təlim keçirilib
30.03.2021 10:47
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) təşkilatçılığı ilə döyüş əməliyyatlarında iştirak edən hərbçilərə və şəhid ailələrinə psixoloji dəstək layihəsi çərçivəsində yaradılmış “Regional Psixoloji Xidmət Mərkəzləri”ndə fəaliyyət göstərən psixoloqlar üçün “Qazilərə və şəhid ailələrinə psixo-sosial dəstək” mövzusunda video formatında təlim həyata keçirilib.
 
Aztibb.az xəbər verir ki, təlimdə Türkiyənin “EMDR Travma Yaxşılaşdırma Qrupu”nun rəhbəri, psixoloq Şenel Karaman da iştirak edib.
 
Əvvəlcə çıxış edən TƏBİB-in Tibbi Xidmətlər departamentinin baş mütəxəssisi Nərmin Osmanlı hərbiçilərə və şəhid ailələrinə göstərilən xidmətin təkmilləşdirilməsi üçün hazırlanan təlim proqramlarından və görülən işlərdən bəhs edib.
 
Daha sonra təlimçi Şenel Karaman 7 saat davam edən təlimdə müharibə sonrasında yaranan psixoloji problemlər və psixoloji konsultasiya texnikaları mövzuları ətrafında çıxış edib. Sonda təlimdə iştirak edən psixoloqlarla Türkiyə və dünya təcrübəsi, psixoloqların qarşılaşa biləcəyi müxtəlif problemlər və uyğun yanaşma ilə bağlı geniş müzakirələr aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub