"İnfeksiyaya nəzarətlə bağlı” tibbi işçiləri üçün təlim məşğələləri keçirilir
22.03.2021 19:08

Türkiyə Respublikası Səhiyyə nazirinin müavini Əminə Alp Meşə “İnfeksiyaya nəzarətlə bağlı” tibbi işçiləri üçün təlim məşğələlərinin açılış mərasimində iştirak edib.

 

Aztibb.az xəbər verir ki, təlimlər çərçivəsində o, azərbaycanlı nümayəndələrlə videoformatda görüş keçirib.

 

Qeyd edək ki, 28 mart tarixinədək davam edəcək təlimlər Türkiyə Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə İzmir şəhərində keçirilir.

 

Təlimlərdə COVID-19 epidemiyasına nəzarət edilməsi, müşahidə, təmas, infeksion nəzarət, qoruyucu vasitələr, yanaşı gedən İİV/QİÇS infeksiyası barədə epidemiologiya dair müzakirələrin aparılması, eləcə də İİV/QİÇS sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması nəzərdə tutulub.

 

Tədbirdə ölkəmizi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) məsul əməkdaşları Xanım Məlikova, Sevinc Həsənzadə, Ramin Burcəliyev və Sevinc Süleymanovayla yanaşı, ümumilikdə 22 nəfər təmsil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub