Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib
19.03.2021 19:25
18 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası, Vərəm əleyhinə QHT Koalisiyası, “Sağlamlığa Xidmət” İctimai Birliyi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun birgə təşkilatçılığı ilə 24 mart Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib.
 
Aztibb.az xəbər verir ki, konfransda Səhiyyə nazirinin müavini Rahim Əliyev, TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı,  ürək-damar cərrahı, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, Heydər Əliyev Fondunun nümayəndəsi və millət vəkili Soltan Məmmədov, millət vəkilləri Sədaqət Vəliyeva, Müşfiq Məmmədli, İlham Məmmədov, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi rəisi tibb xidməti generalı Rəfail Mehdiyev, Respublikanın Baş ftiziatrı, professor Yavər Şıxəliyev çıxış ediblər.
 
Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun Proqram rəhbəri Asker Yedilbayev və Stop TB Tərəfdaşlığının icraçı direktoru Lucica Ditiu onlayn formada konfransa qoşularaq mövzu ilə əlaqədar öz fikirlərini bölüşüblər.
 
Daha sonra ölkəmizdə və dünyada vərəmlə bağlı cari vəziyyət, penitensiar müəssisələrdə həyata keçirilən vərəmə nəzarət tədbirləri və eləcə də, vərəmlə mübarizədə vətəndaş cəmiyyəti təşkilatlarının vacib rolu haqqında aidiyyəti qurumlar təqdimatla çıxış ediblər. 
 
Konfrans zamanı BMT-in Baş Assambleyasının vərəmlə bağlı 2018-ci ildə qəbul olunmuş siyasi bəyannaməsində müəyyən olunmuş hədəflərə çatmaq üçün vərəmlə mübarizənin sürətləndirilməsi üçün hansı addımların atıla biləcəyi və vətəndaş cəmiyyəti təşkilatlarının bu prosesə aktiv cəlb olunması barədə məsələlər müzakirə edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub