Ümumdünya Səhiyyə Təşkilatının “İnfeksiyaların profilaktikası və nəzarəti” üzrə seminarı keçirilib  
18.03.2021 11:24

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional ofisinin Sağlamlıq üçün həmrəylik təşəbbüsü layihəsi çərçivəsində “İnfeksiyaların profilaktikası və nəzarət” üzrə onlayn seminarı keçirilib.

 

Seminarda iştirak edən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, dosent Nigar Mütəlibova institutun əməkdaşlarının COVID-19 infeksiyasına qarşı mübarizədə iştirakı haqqında məlumat verib.

 

O, ötən il martın 14-dən aprelin 20-nə kimi mikrobiologiya və epidemiologiya kafedrasında 384 həkim, 529 tibb bacısı , apreldə terapiya, ailə təbabəti, yoluxucu xəstəliklər kafedrasının əməkdaşları tərəfindən 820 həkim və 510 orta tibb işçisi, iyunun 25-dən 30-na kimi Bakının 79 poliklinikasından 2100 həkim və orta tibb işçisi üçün COVID-19 infeksiyasına qarşı əks-epidemik tədbirlər, xəstələrə evdə qulluq haqqında onlayn təlimlər təşkil edildiyini bildirib. Qeyd olunub ki, PROACT layihəsi çərçivəsində institutun ayrı-ayrı kafedralarında COVID-19-la əlaqədar təşkil edilən mühazirə və seminarlar indi də davam edir.

 

Seminarda Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri tərəfindən hazırlanmış COVID-19 infeksiyası zamanı infeksiyalara nəzarət və profilaktikaya aid geniş sorğuda tibb işçilərinin infeksion nəzarət haqqında biliklərinin artırılması məsələləri ilə əlaqədar suallara cavab verilib. Suallar COVID-19 infeksiyası zamanı infeksiyalara nəzarət və profilaktika mövzusunun həkimlərə və orta tibb işçilərinə davamlı tibbi təhsil çərçivəsində əyani və distant şəkildə aparılması haqqında, milli tədris proqramında həmin mövzuların mövcudluğu, tədrisin effektivliyinin monitorinq sistemi, simulyasion texnologiyaların, multimodal strategiyaların tətbiqi və s. mövzuları əhatə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub