Vərəmlə mübarizədə tibbi maarifləndirmə - TƏBİB və QHT nümayəndələri arasında onlayn görüş
17.03.2021 17:20

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Elmi-tədqiqat və təhsil departamentinin təşkilatçılığı ilə “Vərəmlə mübarizə sahəsində tibbi maarifləndirmənin genişləndirilməsi” mövzusunda onlayn tədbir keçirilib.


Aztibb.az xəbər verir ki, görüşdə TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva, Elmi-tədqiqat və təhsil departamentinin Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri Emil İsgəndərov, TƏBİB elmi komitəsinin üzvü, 1 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, professor Yavər Şıxəliyev, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova, eləcə də vərəmli xəstələri müayinə və müalicə edən digər tibb müəssisələrinin rəhbərləri iştirak ediblər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibi Nərgiz Eyvazova, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Azərbaycan Vərəm Əleyhinə Koalisiya"nın rəhbəri Elçin Muxtarlı və 30-a qədər səhiyyə yönümlü fəaliyyət göstərən QHT rəhbəri də onlayn toplantıya qoşulub.

 

Tədbirdə Emil İsgəndərov tibb və səhiyyə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlığın uğurlu nəticələr əldə edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Departament rəhbəri Yaqut Qarayeva isə çıxışında vərəmlə mübarizə sahəsində dövlətimizin göstərdiyi diqqət və qayğıdan bəhs edib, ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.

 

Görüşdə mövzu ətrafında geniş müzakirələr aparılıb, bir sıra məsələlərin həlli ilə əlaqədar təkliflər səsləndirilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub