“Regional Psixoloji Mərkəzlər”in fəaliyyəti ilə bağlı görüş keçirilib - FOTO
16.03.2021 20:35
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı bəzi məsələlər barədə” qərarının icrası ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Regional Psixoloji Mərkəzlər”inin fəaliyyəti ilə bağlı Yeni Klinikanın konfrans zalında görüş keçirilib.
Görüşdə TƏBİB-in Tibbi xidmətlər departamentininin baş mütəxəssisi uzman psixoloq Nərmin Osmanlı, Psixoloji Xidmət İşçi Qrupunun üzvləri, bu mərkəzlərdə xidmət gösətərəcək 25 psixoloq və 1542 Psixoloji Dəstək xəttinin əməkdaşları iştirak edib.
N.Osmanlı toplantı iştirakçılarına İkinci Qarabağ müharibəsində TƏBİB-in Psixoloji Xidmət İşçi Qrupu tərəfindən yaralılara və terrordan əziyyət çəkmiş mülki əhaliyə göstərilən psixoloji dəstək xidmətləri və layihələrlə bağlı məlumat verib. O, hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsi məqsədilə TƏBİB-in nəzdində fəaliyyət göstərən 7 tibb mərkəzində (Sumqayıt, Gəncə, Quba, Şirvan, Lənkəran, Ağdam və Şəki regionları üzrə) psixoloji yardım mərkəzlərin yaradılması, bu mərkəzlərdə fəaliyyət göstərəcək psixoloqların bilik və bacarıqlarını inkişaf etdirmək üçün təşkil edilmiş təlim proqramlarının tamamlanması, eyni zamanda Türkiyə Cumhuriyyətinin müvafiq qurum və mütəxəssisləri ilə davamlı təlim proqramlarının hazırlandığını vurğulayıb.
N.Osmanlı qeyd edib ki, 1542 Çağrı mərkəzinin nəzdində “Psixoloji dəstək xətti”ndə (daxili nömrə-2) fəaliyyət göstərən psixoloqlar tərəfindən telefonla və ya onlayn qaydada psixoloji dəstək xidməti göstərilir.
Daha sonra layihədə iştirak edəcək psixoloqlarla hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsi, işçi qrupları arasında koordinasiya məsələləri və fəaliyyət mexanizmi ətrafında müzakirələr aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

